26 Avqust 2021 01:49
590
SİYASƏT
A- A+

Heydər Əliyev Fondu Qarabağ əlillərinin ümid ocağıdır

 

44 günlük Vətən savaşı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, dünya hərb tarixində yeni səhifə açmışdır. Məhz bu savaş nəticəsində torpaqlarımız düşmən tapdağından azad olmuş, haqq-ədalət bərpa edilmişdir. Artıq işğaldan azad olunmuş ərazilərdə abadlıq, bərpa və quruculuq işlərinə başlanılmışdır.

Amma çox təəssüf ki, bu müharibə itkisiz, qurbansız olmayıb. Ona görə də müharibədən sonra fəsadları aradan qaldırmaqla yanaşı, zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə və əlillərə hərtərəfli qayğı dövlətin ən əsas vəzifələrindəndir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir sıra sərəncamları, habelə Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir.

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğıkeşliyinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi diqqət, bu istiqamətdə yürütdüyü siyasət Prezident İlham Əliyev, habelə Ümummilli Liderin adını daşıyan fond tərəfindən uğurla davam etdirilir. Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən yüksək diqqət və qayğıkeşlik göstərilir.

Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Prezidentin cari il avqustun əvvəllərində imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamının yüksək səviyyədə icrası çərçivəsində konkret tədbirlər görür. İctimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirən fond çalışır ki, çoxşaxəli fəaliyyətində hər bir şəhid ailəsi və qazilərimizin zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək olsun. Bu mənada istər birinci, istərsə də ikinci Qarabağ müharibələri zamanı əlil olmuş vətəndaşlarımızin müalicəsini, mənzil və ailə-məişət problemlərini daim gündəmdə saxlayır. Əlillərin respublikamızda və müxtəlif xarici ölkələrdə müalicəsinin təşkilinə, onların ailə üzvlərinin sosial vəziyyəti, övladlarının sağlamlığı, təhsili ilə bağlı problemlərin həllinə xüsusi diqqət göstərir. Fondun dəstəyi ilə Vətən müharibəsində yaralı və əlil olmuş hərbçilərimizin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapır.

Vətən müharibəsi dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ramana qəsəbə xəstəxanasında müalicə alan qazilərə baş çəkmiş, onlara mənəvi dəstəklərini ifadə etmişlər. Şağan qəsəbəsindəki Reabilitasiya Mərkəzi  əsaslı təmirdən sonra  müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Burada qazilərə yüksək səviyyədə müalicə təyin olunur, onların sağlamlıq ehtiyaclarına lazımi kömək göstərilir. Söz düşmüşkən qeyd edək ki, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilib. 300-dən çox qazimiz bu protezlərlə təmin olunacaq. Ayaqlarını itirmiş qazilərimizin isə artıq bir neçəsi bu protezlərlə təmin ediliblər.

Bundan əlavə, Heydər Əliyev Fondunun layihələrinə əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunacaq.  Fondun əsas  layihələri sırasında Vətənimizin və torpaqlarımızın bütövlüyünün bərpası uğrunda mübarizə aparmış qazilərimizin reabilitasiyası və müəyyən qisminin protezlə təmin olunması dayanır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu qəbildən olan qazilərlə şəxsən görüşlər təşkil edir, onların problemi ilə yaxından maraqlanır. İndiyədək fondun xəttilə 2 881 şəhidin ailə üzvləri, habelə 3100 yaralı olmaqla ümumilikdə 14 579 şəxslə görüş keçirilib, onların ehtiyaclarının aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirilib. 89 Vətən müharibəsi qazisi müayinə, müalicə və reabilitasiya üçün Türkiyə, Almaniya, İsrail və digər xarici ölkələrə göndərilib.

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində Bakıdakı Protez-Ortopedik Bərpa Mərkəzində də Vətən müharibəsinin şanlı salnaməsini yazan, xalqımıza qələbə sevinci bəxş edən cəsur qazilərimizin itirdikləri sağlamlıqlarına protez vasitəsilə də olsa qovuşmaları üçün hər cür şərait yaradılıb. Mərkəzin əsas iki fəaliyyət istiqaməti var: biri ayaqqabı və protez-ortez istehsalat sahəsidir. Digəri isə əsa, qoltuqaltı, çəlik, arabalar, qulaq aparatlarını hazır şəkildə alıb əlilliyi olan şəxslərə təqdim edir. Mərkəzin əsas tərəfdaşı dünyada protezləşmə sahəsində tanınmış Almaniyanın “Ottoboc” firmasıdır.

Hazırda mərkəzdə 30 minə yaxın əlilliyi olan şəxsə xidmət göstərilir. Müəssisədə İkinci Qarabağ müharibəsi zamanı amputasiya olunmuş 171 nəfər qazi qeydiyyatdan keçib və artıq onlardan 25-i protezlə təmin edilib. Digərlərinin də protezlə təmin olunması istiqamətində zəruri işlər görülməkdədir. Yaxın vaxtlarda 57 adda reabilitasiya vasitəsinin əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulur. Mərkəzdə İkinci Qarabağ müharibəsi qazilərinə elektron protezlərin təyinatı həyata keçirilir. Eyni zamanda Birinci Qarabağ müharibəsi qaziləri də bu cür yüksək texnologiyalı protezlərlə təmin olunacaqlar. Ümumiyyətlə, Vətən savaşı qazilərinin yaxın zamanda protezləşməsi başa çatdırılacaq. Onu da qeyd edək ki, həmin şəxslərin bu vasitələrlə təminatı dövlət vəsaiti hesabına reallaşdırılır.

Heydər Əliyev Fondu bölgələrdə də analoji işlər görür. Belə ünvanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naftalan şəhərindəki əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzidir. Əsaslı təmir və yenidənqurmadan sonra mərkəz tibb texnologiyasının ən son nailiyyətləri hesab olunan cihaz və avadanlıqlarla təchiz edilib. Burada Vətən müharibəsi qaziləri sınanmış müalicə prosedurları əsasında müalicə alırlar. Müharibə dövründə mərkəzdə 100-dək qaziyə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. Mərkəzdə həmçinin effektiv fizioterapevtik üsulların tətbiqi əsasında reabilitasiya xidmətləri göstərilir. Naftalan nefti ilə sınanmış müalicə prosedurları tətbiq edilir.

Ümumiyyətlə, Heydər Əliyev Fondunun layihələri sırasında son illər müasir tələblərə uyğun yenidən qurulan reabilitasiya mərkəzləri şəbəkəsi qazilərimizin bərpa müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi rol oynayır. Təkcə 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Artıq 1400-dək şəxs bu xidmətlərlə əhatə olunub, 115 hərbçi 119 yüksək texnologiyalı aşağı ətraf protezi ilə təmin edilib. Həmçinin bu ilin ötən dövründə 1162 nəfər Qarabağ müharibəsi əlilinə 8639 reabilitasiya vasitəsi verilib.

Vətən müharibəsindən sonra fəaliyyətə başlayan Yevlax Regional Bərpa Mərkəzində də qazilər üçün yüksəksəviyyəli reabilitasiya xidmətləri göstərilir. Müəssisə yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla təchiz edilib. Ümumiyyətlə, hazırda Bakıda və regionlarda 14 bərpa mərkəzi fəaliyyət göstərir. Amma bərpa mərkəzləri şəbəkəsi ölkə boyu genişləndiriləcək, bölgələrdə yeni reabilitasiya müəssisələri yaradılacaq.

Heydər Əliyev Fondunun Vətən müharibəsi qazilərinin sağlamlığının bərpasına və ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş fəaliyyəti ictimaiyyət arasında böyük rəğbət doğurmuşdur. Qazilərin respublikamızda və xarici ölkə xəstəxanalarında müalicə olunmasında, protezlə təmin edilməsində, onlara yeni mənzillər, fərdi evlər və avtomobillərin verilməsində Heydər Əliyev Fondunun xidmətləri böyükdür ki, bu da, ilk növbədə, Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlıdır.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video