23:24 20 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Həyatın mənbəyi

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:31 04.07.2021

 

İnsan orqanizminin böyük hissəsi, təxminən 70 faizi sudan ibarətdir. Dərinin 64, əzələ və böyrəklərin 79 faizi sudur. Qanın 92, beyinin 75, sümüklərin isə 31 faizini su təşkil edir. Əgər insan bədənindəki suyun 2 faizini itirirsə, o zaman susuzluq hiss edir. İtki 6-8 faiz arası olanda bədbin əhvali-ruhiyyə, 10 faizə çatanda hallusinasiya halı yaşanır. 12 faiz su itirən insan həkim köməyi olmadan özünə gələ bilməz. 20  faiz su itirən insan isə ölür.

Su içməyin zamanı, yeri, bəlli şərtləri  yoxdur. Susadığımız hər an su içə bilərik. Bədəndə kifayət qədər və lazımi miqdarda su yaranması üçün susama hissinin yaranmasını gözləmək də lazım deyil. Lakin su içməyin müəyyən bir qaydası olmasa da, bəzi incə nüanslara diqqət etmək vacibdir.

Türkiyəli professor-doktor Osman Müftüoğlu bildirir ki, uşaqlar susuzluq hisslərini ifadə etməkdə çətinlik çəkdikləri, yaşlılar və xəstələr də susuzluqlarının fərqinə vara bilmədikləri üçün su içmə müddətini susuzluq duyğusu ilə idarə etmək doğru olmaya bilər.

Təmiz su içmək də çox mühümdür. Satışdan su aldıqda isə plastik deyil, şüşə qablarda olan suları seçmək lazımdır.

 

Yemək zamanı su içməyin!

 

Mütəxəssis bildirir ki, yeməklə bərabər su içmək olmaz. Çünki yemək yeyərkən içilən su hər şeydən əvvəl mədədə doluluq hissi yaradacaq. Bu da qidalanma ritmini axsadır. Həmçinin mədənin qidaları həzm- etmə ritmini pozmaması üçün yemək yeyərkən, hətta ondan əvvəl və sonra da su içilməməlidir.

O.Müftüoğlu məsləhət verir ki, suyu çox soyuq və ya isti deyil, ilıq içmək lazımdır. Ayaq üstdə deyil, oturaraq asta qurtumlarla içməyə çalışın. Suyun ağızda bir müddət qalmasına icazə verin. Bu tüpürcək istehsalını artıracaq, həzm gücünüzə dəstək verəcək, ağız və diş sağlamlığınızı gücləndirəcəkdir.

Daha çox mineral tərkibli və daha yüksək qələvi gücü olan sulardan istifadə edin.

 

Nə qədər su?

 

Yetkin şəxslər heç bir fiziki iş görməsələr belə gündə təxminən 2-2.5 litr suya ehtiyac duyurlar. Bədəndəki suyun bir qismi bağırsaq və böyrəklər, bir qismi dəri-tərləmə, bir qismi isə tənəffüs yolu ilə xaric olur.

İnsanın fəaliyyəti nə qədər çox olarsa, ətraf mühit və hava şəraiti nə qədər isti olarsa, bir o qədər çox su itirir, eyni zamanda ehtiyac duyduğu su miqdarı da buna əsasən artır. Əgər ishal və qusma kimi problemlər varsa, təbii olaraq su itkisi də artır.

Yetkin bir şəxsin gündəlik enerji xərcləməsinin hər kalorisi üçün 1-1,5 ml, kiloqram başına isə 25-30 ml su lazımdır. Buna görə 1500-1800 kalori sərf edən bir qadının 1,5-2 litr, 2000-2500 kalori sərf edən bir kişinin isə 2-2,2 litr suya ehtiyacı var.

O.Müftüoğlu qeyd edir ki, su ehtiyacını sadəcə su ilə qarşılamırıq. Qəbul edilən  bol şirəli meyvələr, sulu yeməklər, şorbalar da su ehtiyacını ödəməyə kömək edir.

 

Bir inci saflığı varsa da suda...

 

Su içmək insan həyatı üçün mühüm əhəmiyyət daşısa da, orqanizmin tələbatından artıq maye qəbul etməsi bəzən təhlükəli hallara yol açır, su zəhərlənməsi baş verir.

Su zəhərlənməsi həddindən artıq su qəbul etməsi nəticəsində bədəndəki elektrolit tarazlığının pozulması və beyin funksiyalarında ölümcül ziyanların meydana gəlməsidir. Çox su içmək böyrəkləri daha çox işlədir və bu səbəbdən də daha çox mineral itirilir. Hüceyrələrdə su yığılması səbəbindən onlar şişir. Xaric edilə bilməyən şişkinlik beyinə çatdığında ağır xəstəliklərə, hətta ölümə səbəb ola bilər.

Su zəhərlənməsi özünü aşağıdakı simptomlarla büruzə verir:

Ürəkbulanma və qusma

Baş ağrısı

Şüurda meydana gələn dəyişikliklər.

Su zəhərlənməsi zamanı tərləmə nəticəsində bədəndə natrium çatışmazlığı meydana gəlir. Bu çatışmazlıq tamamlanmadan su içmək natriumun daha çox azalmasına səbəb olur. Əsəb sisteminin fəaliyyətini təmin edən natriumun azalması nəticəsində əzələlərdə ağrılar yaranaraq, qusmaya səbəb olur. Nəticədə qan təzyiqini tarazlaşdıran natrium çatışmazlığı yarandığı üçün həmin şəxs koma və ya ölümlə qarşılaşa bilər.

Su zəhərlənməsi adətən daha çox tər itirməyə səbəb olan idman növləri ilə məşğul olanlarda, marafon qaçışlarında və arıqlamaq istəyənlərdə daha çox rast gəlinir. Natrium əskikliyi meydana gəldiyi an müdaxilə etmək çox önəmlidir.

Belə vəziyyətlərdə mütləq həkimə müraciət edilməlidir.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM