14 Mart 2021 00:18
2422
Səhiyyə
A- A+

Herodotun dövründən istifadə edilən - HİCAMA

 

Yaz aylarında insanların ən çox üz tutduğu müalicə üsullarından biri də  hicamadır.

Bəs görəsən hicama nə deməkdir, bu üsulla bədənin təmizlənilməsi necə həyata keçirilir, hansı xəstəliklərə faydası var, hər kəs hicama qoydura bilərmi?

Fitoterapevt Elnur Eldaroğlu məlumat verir ki, hicama hacamat, həcəmət, qanalma, küpə üsuluyla müalicə kimi müxtəlif adlarla məşhurdur. Hacamat sözü ərəbcə əmmək mənasını verir (qanın sorulması).

Mənbələrə əsasən, hələ Herodotun dövründən Hippokrat zamanlarına kimi bu prosedur tətbiq edilirmiş. O dövrlərdə baş ağrıları (miqren və digər tiplər), kürək, boyun-bel ağrıları, ginekoloji problemlər, ağciyər xəstəlikləri, eləcə də yuxarı və aşağı ətraf patologiyaları zamanı hicama metodu tətbiq edilirmiş. Misir Papiruslarında da bu üsula rast gəlmək olar. Orta Şərqdə həkimlər Əbu-Bəkr Əl-Razi, İbn-sina və Al-Zahravi küpə terapiyasından istifadə etmişdilər. Çində Mavanqdui Silk bunu tətbiq etmiş, eləcə də Avropada da bir çox xəstəliklərdə bu metoddan yararlanmışdılar. Qalen yaş hicama üsulunda küpə kimi buynuz, stakan, mis qablardan istifadə edirmiş.

 Həkim qeyd edir ki, venadan (damardan) verilən qanın tərkibi ilə digər əzələ-oynaq nahiyəsindən alınacaq qan nisbətən fərqlidir: “Hicamanın 2 növü var: quru və yaş. Yəni quru qanalma zamanı banka hər hansı nahiyəyə sorucu qüvvə yaradaraq 3-7 dəqiqə qalır və heç bir kəsik aparılmır (qeyri-invaziv metod). Yaş hicama zamanı vakuum hesabına dolu qanlılıq yaranır, daha sonra isə həmin nahiyələrdə kiçik steril kəsik aparılır və həmin yerə yenidən banka qoyularaq sorulma vasitəsilə qan çıxarılıb atılır. Bəzən 2 dəfə banka qoyulan qanın dolub-atılması təkrarlanır (bu, xəstənin vəziyyətindən asılı olaraq dəyişir).

 

Bu üsulla qan təmizlənir

 

Fitoterapevt söyləyir ki, küpə üsuluyla qan-almanın mexanizmi və terapevtik effekti tam aşkarlanmasa da, bir çox xəstəliklərdə müsbət nəticələr verir. Yaş Hicama metodu təxminən süni böyrək funksiyası kimidir. İn vivoda böyrək hidrofobik (suda həll olmayan) maddələrin filtrasiyasını həyata keçirir. Bu üsulda isə həm hidrofobik, həm də hidrofolik (suda həll olan) filtrasiyası prosesi həyata keçirilir. Yüksək təzyiq yaradaraq sorulmuş qan həcmi artır, həmçinin kapillyarların filtrasiyası hesabına hüceyrəarası maye filtrasiya olunur (təmizlənir). Təmizlənmiş qan xəstəliklərə səbəb olan prostaqlandinlərin iltihab mediatorlarının stimulyasiya olunmasının qarşısını alır. Skarpel vasitəsilə çərtilmiş sahədə hüceyrənin iltihab miqrasiyası və endogen opioid sintez sayəsində anadagəlmə və qazanılmış immunitet artır. Buna görə də qan axını yaxşılaşır, toxumaların oksigen təchizatı və perfuziyası artır, toksinlər xaric olur, neyroendokrin (sinir-hormonal) balans bərpa olunur.

Küpə üsuluyla qanalma zamanı mənfi təzyiq hesabına hiperemiya (doluqanlılıq) yaranır və həmin nahiyədə olan iltihablanmış (miqrasiya etmiş leykositlər), toksinlərlə zəngin trombositlər (qan lövhəcikləri), çox aşağı sıxlıqlı lipidlər, yağlar və digər zərərli maddələrlə dolu qan atılır.

 

Kimlərə olar, kimlərə olmaz?

 

E.Eldaroğlu bildirir ki, profilaktika məqsədilə ildə 4 dəfə, müalicə məqsədilə 10 gündən və ya 2 aydan bir prosedur edilir, həkim nəzarəti ilə fasilə verilir.

Hicama baş, boyun, bel, diz, ayaq, digər sinir-əzələ ağrıları zamanı tətbiq edilir. Həmçinin sistem xəstəliklərdən revmatoid artrit, yüksək təzyiq (hipertoniya), ürək-damar xəstəlikləri, şəkərli diabet, psixoloji narahatlıqlar (mental pozulmalar), keçirilmiş xroniki xəstəliklərin reabilitasiya dövrü və dəri xəstəlikləri zamanı istifadə edilir.

Ürəyin işemik xəstəlikləri zamanı, antikoqaulyantların istifadəsi zamanı, edilən nahiyədə hər hansı infeksiya varsa, kəskin anemiya, hemofiliya, açıq yaralar, sümük qırılması, dərin vena trombozu, menstruasiya zamanı, hamiləlik və uşaqlıq qanaxmaları dövründə əks göstərişdir. Həmçinin çox kiçik yaş və heraitrik (çox yaşlı) insanlara tətbiq etmək məsləhət deyil. Xərçəng xəstələrinə mütləq göstəriş olmadan təyin edilməməlidir. Hər hansı qan laxtalanmasıyla bağlı problemi olanlarda qanda D-dimer səviyyəsinə baxılmalıdır. Ümumiyyətlə, ümumi qan analizinə diqqət edilməlidir.

Hicamada ağırlaşmalara da rast gəlmək olar. Başgicəllənmə, qanazlığı, ürəkbulanma, bayılma, infeksiya riski, yuxusuzluq və s.

Mütəxəssis onu da qeyd edir ki, hicama yüksək ixtisaslaşmış və prosedura yiyələnmiş feldşer və həkimlər tərəfindən tibb mərkəzlərində edilməlidir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video