04 Avqust 2012 01:08
445
Təhsil
A- A+

Heriot-Vatt Universiteti ilə müqavilə imzalanmışdır

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Böyük Britaniyaya işgüzar səfər etmişdir. Səfərin məqsədi BANM-də ingilis dilinin tədris proqramına dair razılıq əldə edilməsi, eləcə də məktəbin inzibati və professor-müəllim heyətinin gələcək fəaliyyətinə dair əsas məsələlərin müzakirəsi olmuşdur.

İki günlük səfər çərçivəsində keçirilmiş görüşlərdə Heriot-Vatt Universiteti ilə Bakı Ali Neft Məktəbinin işçi heyətinin birgə fəaliyyətinə dair məsələlər, mühəndis hazırlığı poqramlarının baza tələbləri, metodiki və texniki təminatı, virtual təhsil mühiti və s. kimi akademik və inzibati məsələlərin həlli ilə əlaqədar əməkdaşlıq tədbirləri konkretləşdirilmişdir. Müzakirələr nəticəsində Bakı Ali Neft Məktəbinə qəbul olmuş tələbələrə birinci tədris ilində Heriot-Vatt Universitetinin proqramı əsasında ingilis dilinin tədrisinin təşkili ilə bağlı kompleks məsələlərin həlli mexanizmini əks etdirən müqavilə imzalanmışdır.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video