06:17 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hərbi xunta parçalandı

ANA SƏHİFƏ / SİYASƏT
00:52 04.05.2021

 

Koçaryanla Sarkisyan bir-birilərinə qarşı ittihama başladılar

 

Cari ilin iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi sferada maraqlı proseslər cərəyan etməkdədir. Bu, ilk növbədə, Nikol Paşinyan iqtidarının opponentlərinə aid edilir. Onların sırasında yer  alan keçmiş hərbi xuntada artıq parçalanmalar müşahidə edilməkdədir.

Məlumatlara görə, hərbi xuntanın əsas təmsilçiləri olan sabiq prezidentlər Robert Koçaryanla Serj Sarkisyan arasında ixtilaflar dərinləşib. Sabiqlərin  fərqli qüvvələrlə seçkilərə qatılmaları da bunun təsdiqidir.

Ermənistanda növbədənkənar parlament seçkiləri haqda qərar qəbul edilərkən Robert Koçaryan və Serj Sarkisyanın birləşərək blok şəklində seçkilərə qatılacaqları gözlənilsə də, bu baş vermədi.

Məlum oldu ki, İkinci Qarabağ müharibəsindən sonra revanşist mövqedən çıxış edən bu qəddar terrorçu hərbi xunta başçıları və onlara bağlı qüvvələr arasında ciddi fikir ayrılığı hökm sürür. Robert Koçaryan daşnaklarla birləşib seçkilərə qatılmaq niyyətindədir və artıq bu istiqamətdə fəal iş aparır. Serj Sarkisyan və rəhbəri olduğu Respublika Partiyası isə Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, Vətən Partiyasının sədri Artur Vanetsyanla seçki bloku yaradır. Onlar seçkilərdə birgə iştirak haqda razılığa gəliblər və hər iki partiyanı seçkilərdə təmsil edəcək namizədlərin vahid siyahısının hazırlanmasına başlanılıb.

Robert Koçaryan  və Serj Sarkisyanın fərqli qüvvələrlə birləşib seçkilərə qatılması hərbi xunta arasında parçalanmanın olduğunu təsdiq edir. Serj Sarkisyan prezident olduğu müddətdə Robert Koçaryan onun həyata keçirdiyi siyasəti dəfələrlə açıq şəkildə tənqid edib. Bu da elə o vaxtdan tərəflər arasında ziddiyyətlərin yaranmasına səbəb olub.

Ermənistanda real vəziyyətin təhlili parçalanmış koalisiyanın, eləcə də digər müxalif qüvvələrin hansısa ciddi sosial dəstəyə malik olmadığını göstərir. Bu da onların seçkilərdə qalibiyyət şanslarını heçə endirir. Əvəzində müxaliflər müxtəlif iddialar səsləndirirlər. Məsələn, Serj Sarkisyan bildirir ki, 2018-ci ildə Ermənistanda  hadisə böyük xarici dəstəklə baş verib: “Mənə tez-tez sual verirlər ki, bəs kimin dəstəyi ilə? Cavab sadədir: Ermənistan haqqında təsəvvürləri bizim təsəvvürlərimizə uyğun gəlməyən bütün qüvvələrin”.

S.Sarkisyan bildirib ki, çox böyük qüvvələrə məğlub olub: “Bəli, mən bunlara məğlub olmamışam, mən çox güclü insanlara, çox böyük qüvvələrə məğlub olmuşam, lakin mən çox aydın şəkildə dedim. Deyim ki, bu cür qüvvələr hər yerdə, həm Qərbdə, həm də Şimalda var idi. Lakin bu, dövlətlərin yanaşmaları deyildi. Əminəm ki, o qədər də obyektiv olmayan mövqelərdən Ermənistanda fikirlər yaratmağa çalışan rusdilli və ingilisdilli nəşrlərlə tanışsınız. Beləliklə, bu qüvvələr bütün yerlərdə var idi”.

Serj Sarkisyanın Vanetsyanla birləşməsindən sonra bəlli olub ki, kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan erkən parlament seçkilərində iştirak etməyəcək. Minasyanın sözlərinə görə, erkən seçkilərdə iştirakı seçki prosesi zamanı lazımsız gərginlik yarada bilər: “Verdiyim sözə əməl edirəm və yaxınlaşan erkən seçkilərə qatılmayacağımı bildirirəm”. Keçmiş səfiri hesab edir ki, hazırkı hakimiyyətin təşkil etdiyi seçkilərə getmək ölkədəki antidemokratik reallığı qəbul etmək deməkdir.

Ekspertlər isə qeyd edirlər ki, Ermənistan müxalifətinin birləşə bilməməsi Paşinyanın komandasına üstünlük yaradır. Müxalif partiyaların  seçkidə kifayət qədər səs toplamayacaqları, sonra birləşməyə və ittifaqlar qurmağa başlayacaqları hər kəsə aydındır. Onların hansısa gücə malik  “anti-Paşinyan” cəbhəsi yaradacaqlarına da ümid yoxdur.  Bu da Paşinyanın şansını artırır. “İravnuk” qəzeti bu xüsusda yazır:

“Müxalifət, heç olmasa müvəqqəti olaraq hakimiyyəti devirmək üçün konsolidasiyaya gəlməməklə, bir çoxlarının hələ də fəaliyyətdə olan baş naziri “özümüzünkü” kimi qəbul etdiyi bölgələrə (Zəngəzur istisna olmaqla) məhəl qoymadan ikinci mümkün səhvə yol verirlər. Paşinyanın rəqibləri orada bir iş görsələr də, o qədər əhəmiyyətsizdir ki, gözlə görmək belə çətindir”.

Nikol Paşinyan artıq təşəbbüsü müxalifətdən alıb və bölgələrin sakinləri ilə aktiv görüşlər keçirməyə başlayıb. Paşinyan özünü kifayət qədər sərbəst hiss edir. Axı bölgələrdə demək olar ki, rəqibi yoxdur. O, hökumətin mövqeyini yorulmadan yerli əhaliyə izah edir, insanları seçdikləri istiqamətə alternativin olmadığına inandırır.

Bütün bunlar parlament seçkilərindən sonra yenə Paşinyanın hakimiyyətdə qalacağını göstərir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM