21 Dekabr 2014 02:12
622
Oxucu məktubları
A- A+

Hərbi informasiya mənbəyi həm də “çoxdilli” olmalıdır

 

Milli Ordumuz qürur və güvən yerimizdir. Silahlı Qüvvələrin günbəgün yüksələn qüdrəti  işğal altında inləyən  torpaqlarımızın tezliklə azad olunacağına inamı möhkəmləndirir. Bizim buna qətiyyən şübhəmiz yoxdur! Dünyanı, xüsusilə də düşmənlərimizi buna inandırmamız vacibdir. Şüurlarda qazanılan mənəvi qələbə döyüş meydanlarında əldə olunacaq uğurların rəhnidir.

Atəşkəs dövründə səngiməyən informasiya müharibəsi şəraitində ictimai şüur və rəyə təsir imkanına malik bütün vasitələr həm də bu istiqamətə yönəldilməlidir. Müdafiə Nazirliyinin rəsmi saytı bu baxımdan da aparıcı rol oynamalıdır.

Cəbhədə vəziyyəti və hərbi durum haqqında məlumatları əsasən Müdafiə Nazirliyinin saytından öyrənirəm. Əgər başqalarından da tələbimiz budursa,  mötəbər məlumatlardan kənara çıxılmasını istəmiriksə, deməli, nazirliyin saytı bu missiyanı həyata keçirə biləcək, ehtiyacları ödəyəcək formatda və səviyyədə qurulmalıdır. Bu saytın isə yenidən qurulmasına ehtiyac var.

Əvvəla, sayt yalnız Azərbaycan dilindədir. Müqayisə üçün deyək ki, dünyanın müxtəlif aparıcı dövlətlərinin müdafiə nazirliklərinin rəsmi internet saytlarında məlumatların əksəriyyəti 2-3 dildə tərtib olunur. Məsələn, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı rus və ingilis, Fransanınkı fransız, ingilis və ispan, İtaliyanınkı italyan, ingilis və fransız, Almaniyanınkı da alman, ingilis və fransız dillərində hazırlanır. İkincisi, nəzərə alsaq ki, MDB məkanında rus, dünyada da əsasən ingilis dilindən  beynəlxalq ünsiyyət dili kimi istifadə olunur, bizim hər iki auditoriyada öz informasiya siyasətimizi aparmağımız da olduqca vacibdir. İndiki halda başqa ölkələrin vətəndaşları, rəsmi orqanları, yaxud KİV-i hər hansı hərbi məsələ ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi ilə tanış olmaq və ya  onu yaymaq istəsə də, bunu edə bilməyəcəklər.

Müdafiə Nazirliyinin saytının əlavə olaraq rus və ingilis dillərində versiyalarının hazırlanması, həcmindən asılı olmayaraq materialların baş səhifədən keçid etməklə ayrıca konkret səhifələrdə yerləşdirilməsi mötəbər hərbi informasiyanın yayılma və təsir dairəsini xeyli genişləndirərdi.

 

Elmar SADIXOV,

Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video