13 Sentyabr 2018 13:41
1103
Səhiyyə
A- A+

Hər şirənin öz faydası var


Təbii şirələr vitaminlər və mikroelementlərlə zəngindir. Sağlamlıq üçün çox faydalı olan bu içkilər immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir.

Şirələr tam yetişmiş meyvə və tərəvəzlərdən hazırlanır. Əvvəlcə meyvə və ya tərəvəz sürtgəcdən keçirilir. Alınan kütlə bir neçə qat tənzif parçadan süzülür ki, bu da bütün vitamin və mikroelementlərin şirədə qalmasını təmin edir.

Kök şirəsi insanın gözü və dərisi üçün faydalıdır.

Kələm şirəsi orqanizmi möhkəmləndirir, həmçinin qastrit, kolit, enterokolit, mədə xorası xəstəliyinin simptomlarını aradan qaldırır.

Xiyar şirəsi böyrəklər üçün çox faydalıdır, qan təzyiqini yaxşılaşdırır və dərini təmizləyir. Diş və diş ətində də problem yarandığı zaman həmin şirədən istifadə etmək olar.

Çuğundur şirəsi qanı və damarları təmizləyir, hemoqlobini artırır, toksinləri orqanizmdən xaric edir.

Kartof şirəsi qan təzyiqini aşağı salır, qastrit, mədə və onikibarmaq bağırsaq xorası zamanı çox faydalıdır, baş ağrılarını aradan qaldırır.

Balqabaq şirəsində çoxlu B və E vitaminləri var və o, hemoqlobini artırmağa kömək edir. Uşaqlar üçün də bu şirə çox faydalı hesab olunur. Balqabaq şirəsi böyrək və qaraciyər xəstəliyi zamanı da xeyirlidir.

Dəmirlə zəngin olan alma şirəsi ağciyəri və böyrəkləri təmizləyir, həzm prosesini tənzimləyir, toksinləri bədəndən xaric edir.

Portağal şirəsi qan-damar sistemi üçün əhəmiyyətlidir. Bu şirə qaraciyərin funksiyasını yaxşılaşdırır. Lakin mədə-bağırsaq sistemində problemi olanların həmin şirəni qəbul etməsi məsləhət görülmür.

C vitamini və kaliumla zəngin olan ərik şirəsi ürək üçün güclü təsir vasitəsidir, qanı toksinlərdən təmizləyir. Çox kalorili olması səbəbindən artıq çəkisi olanlara və şəkərli diabetdən əziyyət çəkənlərə bu şirənin içmək məsləhət deyil.

Ananas şirəsi arıqlamaq istəyənlərə kömək edə bilər. Onun tərkibində olan təbii maddə piyi əridir və orqanizmi cavanlaşdırır. Boğazı və böyrəyi xəstə olanlara yaxşı kömək edir.

Vitamin C ilə zəngin olan şaftalı şirəsi aritmiyadan əziyyət çəkənlərə məsləhət görülür.

Kaliumla zəngin gavalı şirəsi ateroskleroz, revmatizm kimi xəstəliklərin müalicəsində çox faydalıdır.

Qara qarağat şirəsi orqanizmə insulinə oxşar təsir göstərir, ona görə də şəkər xəstələri üçün çox faydalı hesab olunur. Bu şirə, eyni zamanda, immuniteti yaxşılaşdırır.

Qırmızı qarağat şirəsi revmatizm, qan-damar və mədə-bağırsaq sistemi xəstəlikləri zamanı çox faydalı hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video