15:58 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hər bir qanunun qəbulunda milli-mənəvi dəyərlər əsas amil kimi götürülür
ANA SƏHİFƏ / PARLAMENT
02:05 07.05.2013

 

Dünən AŞ PA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsi sədrinin birinci müavini Mendes Botanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri ilə görüşüb. Görüşdə Azərbaycanın sosial həyatında rol oynayan qanunverici baza və burada Avropanın rolu müzakirə olunub.

Komitə sədri Hadı Rəcəbli əvvəlcə rəhbərlik etdiyi komitənin fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. Bildirib ki, Milli Məclisin Sosial siyasət komitəsində hazırlanan hər bir qanun layihəsi böyük müzakirəyə səbəb olur: "Çünki bizim qanunlarımız cəmiyyətin bütün təbəqəsinə hesablanır. Hər bir qanunun qəbulunda milli-mənəvi dəyərlər əsas məsələ kimi qiymətləndirilir. Məsələn, Avropada olan qanunları olduğu kimi Azərbaycanda tətbiq edə bilmərik. Ona görə də hər bir qanunun qəbul edilməsi maksimum diqqət tələb edir".

H. Rəcəbli Azərbaycanın sosial həyatında önəmli rol oynayan "Məişət zorakılığı haqqında", "Gender bərabərliyi haqqında" və uşaqların sosial problemləri ilə bağlı qanunların vacibliyindən söz açıb.  Bildirib ki, hazırda komitənin üzərində işlədiyi bir neçə qanun layihəsi var ki, bunların hamısı cəmiyyətin sağlam istiqamətdə inkişafına hesablanıb. "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsi buna misal ola bilər.

AŞ PA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsi sədrinin birinci müavini Mendes Botan isə bildirib ki, bu, onun Azərbaycana üçüncü səfəridir: "Mən ilk səfərimdə də müəyyən etdim ki, Azərbaycandakı milli mentalitet, adət-ənənələr bir sıra qanunlar hazırlanaraq nəzərə alınmalıdır".

O, daha sonra "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurasının Konvensiyası" (İstanbul Konvensiyası) barədə məlumat verdi. Bildirdi ki, bu konvensiyanı cəmi dörd ölkə imzalayıb. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Bizə məlumdur ki, bu problemə görə qadın zorakılığa məruz qalır. Ona görə də bu konvensiyaya qoşulmaq insan hüquqları baxımından Azərbaycanın imicinə çox müsbət təsir edəcək".

Hadı Rəcəbli isə qeyd edib ki, sözügedən konvensiyaya qoşulmaq üçün istənilən dəstəyi verməyə hazırdırlar.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM