11:10 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hər 1 kiloqram artıq çəki oynaqlar üçün 4 kiloqram çəki deməkdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:07 08.07.2012
 

Sağlamlığımızın ən böyük düşmənlərindən biri olan artıq çəki eyni zamanda oynaqlarımızın da ən böyük problemidir. Buna səbəb isə hər artıq 1 kiloqram çəkinin oynaqlar üçün 4 kiloqram artıq çəkiyə bərabər olmasıdır. Bu isə ilk növbədə, oynaqlarda kirəclənmənin meydana çıxması və ya sürətlənməsi deməkdir.

Digər tərəfdən, artıq çəki diz problemi olan xəstələrin də şikayətlərinin artmasında əsas səbəblərdən biridir. Əgər bunu başqa cür ifadə etmiş olsaq, hər oturub qalxdıqda diz oynaqlarına ümumi çəkinin təqribən 3 qatı qədər yük düşür. Yeriyərkən bu yük təqribən çəkinin 5-6 qatına qalxır. Qaçarkən isə bu rəqəm təbii olaraq bir neçə dəfə artır.

Bir sözlə, orqanizmimizdəki hər 1 kiloqram artıq çəki oynaqlarımız üçün (yerindən asılı olaraq) 3-6 dəfə artıq çəkiyə çevrilir.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM