Həmişə xatırlanacaq və yaddaşlarda yaşayacaq mayor
“Xatırla məni...”
Bu, onun ən çox sevdiyi nəğmə idi. Həmişə tək olanda, əhvalının yaxşı vaxtı öz-özünə bu mahnını zümzümə edərdi...
AZƏRTAC xəbər verir ki, mayor Nazim Hüseynovun atası Yaqub oğlu haqqında deyib: “Nazim təpədən-dırnağa hərbçi idi. Hərbi xidmətə Gəncədə başlamışdı. 1997-ci ildə Pakistan İslam Hərbi Ali Komandirlər Məktəbinə göndərildi. Həmin ölkədə təhsil alan ilk azərbaycanlı idi, xüsusi təyinatlıların kursunu bitirmişdi. O, ömrünün 24 ilini hərbi xidmətə həsr etmiş, tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. 18 dəfə ən müxtəlif ölkələrdə - ABŞ, Yunanıstan, İsveçrə, İtaliya, Litva, Avstraliya və başqa ölkələrdə keçirilən NATO təlimlərində iştirak etmişdi. Nümunəvi xidmətə görə III dərəcəli “Qüsursuz xidmətə görə” və Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif olunmuşdu”.
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan Nazim Hüseynov sentyabrın 27-də başlanılan haqq savaşında Füzuli, Xocavənd və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Onun yaxından iştirakı ilə bir neçə erməni hərbçisi girov götürülüb. Oktyabrın 5-də isə səhər saatlarında düşmənin yüksəkrütbəli zabiti məhv edilib.
Mayor Nazim Hüseynovun son döyüşü oktyabrın 8-də Füzuli-Hadrut yolunun üstündə olub. Cəbhənin ən ön mövqeyində üç nəfər - o, bir zabit və bir əsgər olub. Döyüş yoldaşlarının dediyinə görə, ermənilər 12 tankla onları mühasirəyə alıblar. Bir əlində avtomat, bir əlində pulemyot ermənilərin tank və BMP-sinə qarşı döyüşüb. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, onlar son nəfəslərinə qədər vuruşaraq mühasirəni yarıblar və 292 nəfərlik taborun mühasirədən çıxarılmasına nail olublar. Həmin döyüşdə başından ağır yara alaraq şəhidlik zirvəsinə yüksəlib.
Nazim Yaqub oğlu Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhməntəpə qəsəbəsində anadan olmuşdu. Qəsəbədə tam orta məktəbi bitirdikdən sonra 1995-ci ildə hərbi xidmətə çağırılıb. O vaxtdan hərbi xidmətini davam etdirirdi. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı idi. 2018-ci ildə ehtiyata buraxılmışdı. Ötən il sentyabrın 27-də düşmənin təxribatlarına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Milli Ordunun əks-həmlə əməliyyatlarına başlaması onun yenidən hərbi xidmətə qayıtmasına səbəb olub.
“Son damla qanıma kimi döyüşməyə söz vermişəm. Bu yoldan dönəsi deyilik. Evə qələbə ilə dönməliyik”. Şəhid mayor Nazim Hüseynov öz doğmalarına göndərdiyi səsli mesajlardan birində belə deyib. Sözünün üstündə duraraq son nəfəsinə, son damla qanına kimi döyüşüb və onun ölməz ruhu İmişliyə qalib əsgər kimi qayıdıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
“Xatırla məni”... Öz ölümü ilə əbədiyyət ünvanı qazanan mayor Nazim Hüseynov çox sevdiyi və həmişə zümzümə etdiyi bu mahnıda deyildiyi kimi, həmişə xatırlanacaq və heç vaxt unudulmayacaq...
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
19 Mart
Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik
19 Mart
Füzuli şəhəri növbəti sakinlərinə qovuşdu
19 Mart
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib...
19 Mart
Vladimir Putindən inamlı qələbə
19 Mart
Bərdə türbəsi
19 Mart
Bir məktəbin tarixi
19 Mart
Milli kökə bağlı yazıçı
19 Mart
Dağların
19 Mart
Saz-söz bayramı
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!