28 Iyul 2020 13:30
1647
Səhiyyə
A- A+

Həkim-terapevt: Bu çətin, ağır savaş meydanından zəfərlə ayrılacağımıza inanıram


Tətbiq olunmuş sərtləşdirilmiş karantin rejimi müsbət nəticəsini verir. İnsanlarımız əvvəlki dövrdəki laqeydliyi, məsuliyyətsizliyi geridə qoyublar, böyük əksəriyyət maskadan, dezinfeksiyaedici məhlullardan istifadə edir.

AZƏRTAC xəbər verir ki, bunu koronoviruslu xəstələrin şəfa tapmasında birbaşa iştirak edən Sumqayıt şəhərindəki 3 saylı poliklinikanın həkim-terapevti Kəmalə Nəbiyeva deyib. O, bu il iyunun 10-dan Sumqayıt şəhər 1 saylı xəstəxanada könüllü şəkildə gözə görünməyən düşmənlə mübarizəyə qoşulub. Həkim deyib: "Koronavirusa yoluxan xəstələrin bəziləri xəstəxanaya kənardan yanlış müalicə aldıqdan və ağırlaşdıqdan sonra gəlir. Çox təəssüf ki, hələ də bəzi vətəndaşlar xəstəxanaya yalnız kritik vəziyyətdə, son anda müraciət etməli olduqlarını düşünürlər. Koronavirusdan ölüm halları əsasən yanaşı ağır xəstəlikləri olanlar və xəstəxanaya müraciəti gecikdirənlər arasında qeydə alınır. Xəstəxanaya nəfəs ala bilməyənləri, boğulma sindromu olanları daha çox gətirirlər. Çox xəstələrdə qorxudan spazm, boğulma müşahidə olunur. Adi bir şok xəbər alanda, qorxanda sağlam insan belə təngnəfəs olur, təzyiqi "oynayır”, havası çatmır, saturasiyası düşür. Koronavirusa yoluxan insanlarda virusun ağciyərləri zədələməsi ilə yanaşı, həyəcan, stress fonunda xəstədə spazmlar, boğulma daha da artır”.

K.Nəbiyeva indiki tibb müəssisəsinə gəldiyi ilk gündən neçə-neçə ağır xəstənin sağalıb evinə, ailəsinə qovuşmasında fədakarlıq göstərib: "İlk vaxtlar bu vəziyyətə dözə bilmirdim, xəstələrin əzablarını onlarla bərabər çəkirdim. Lakin ilk xəstələrim sağalanda artıq qorxularım da azaldı, ürəkləndim, pandemiyaya qarşı daha cəsarətlə mübarizə aparmağa başladım.

Xəstələrimiz evə gedəndə bizi qucaqlaya, öpə bilmirlər, amma bunu elə arzulayırlar ki ... Bizim üzümüz daim maskada, eynəkdə olur. Xəstələr bizim üzümüzü görmək, onları müalicə edən həkimlərin kim olduğunu bilmək istəyirlər”.

Həkim-terapevt xəstələrin yoluxma yollarından danışaraq deyib: "Hazırda yoluxmalar əsasən evlərdə, ailə içində baş verir. Dizindən əməliyyat olan, iki aydır evdən çıxmayan şəkərli diabet xəstəsinə virus qızından keçmişdi. Bu, onu göstərir ki, evdən çölə çıxmayan yaşlıları ailənin marketə, işə gedən üzvləri – oğlu, gəlini, hətta, balaca nəvəsi yoluxdura bilir. Unutmayaq ki, COVID-19 pandemiyası ilə də savaşımız davam edir. Həkimlərimiz həyatları, sağlamlıqları bahasına xəstələrin şəfa tapmasına çalışırlar. Erməni vandalları ilə müharibədə olduğu kimi, gözə görünməyən düşmənlə mübarizədə də ayıq-sayıq olmalıyıq. Bir sözlə, bu təhlükəli virusa qarşı hər birimiz diqqətli olmalıyıq. Kütləvi şəkildə toplanmamalı, vətəndaşların sıx olduğu yerlərdə sosial məsafəni qorumalı, tibbi maskadan istifadə etməliyik. Bu çətin, ağır savaş meydanından zəfərlə ayrılacağımıza inanıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video