01:32 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Həkim-pulmonoloq: “Delta” ştamının əsas əlamətləri mədə-bağırsaq pozuntusu, yüksək hərarət və nevroloji narahatlıqlardır
ANA SƏHİFƏ / SƏHIYYƏ
15:34 14.07.2021

 

Yeni növ koronavirus (COVID-19) infeksiyasının “delta” ştamının əsas əlamətləri mədə-bağırsaq pozuntusu (ögümə, qusma, diarreya), yüksək hərarət və nevroloji narahatlıqlardır. Bu ştamla xəstələnən zaman ağciyər zədələnmələrinə rast gəlinsə də, əsas simptomlardan deyil. Ötən müddət ərzində yeni növ koronavirus infeksiyası ilə bağlı müəyyən təcrübəyə yiyələnə bilmişik. Əldə edilən təcrübəyə əsasən, virusun əlamətləri daha çox ağciyərlərdə deyil, başqa orqanlarda özünü büruzə verərsə, ağciyərlər daha az zədələnir. Belə olan halda, ölüm halları az müşahidə edilir. Yəni, mədə-bağırsaq pozntusu və yaxud da nevroloji narahatlıqlar ölümcül deyil.

Bunları tibb elmləri doktoru, professor Əlizamin Sadiqov AZƏRTAC-a koronavirusun “delta” ştamı və onun əsas əlamətləri ilə bağlı məlumat verərək deyib.

Həkim-pulmonoloq bildirib ki, hərçənd, virus sərhəd tanımır: “Bütün orqanları həm ayrı-ayrılıqda, həm də eyni vaxtda zədələyə bilər. Odur ki, sosial məsafə qorunmalı, dezinfeksiya məhlulları və tibbi maskadan istifadəyə riayət edilməlidir. Ən əsası isə, vaksinasiyadan keçmək vacibdir”.

Professor Əlizamin Sadiqov vurğulayıb ki, istənilən halda, vətəndaşların panikaya düşməsinə ehtiyac yoxdur: “Delta” variantı sürətli yayılma xüsusiyyətinə malik olsa da, daha ölümcül olması ilə razılaşmıram. Bəzi şişirtmələrə inanmadan, panikaya düşmədən qoyulan bütün qaydalara əməl edilərsə, hesab edirəm ki, koronavirusla mübarizədə qalib gələ bilərik. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanda vaksinasiyadan keçənlərin sayı kifayət qədər çoxdur. Yəni, bir çox vətəndaşda koronavirusa qarşı immun cavab formalaşıb. Belə olan halda, vətəndaşların əksəriyyəti “delta” ştamı ilə ya yoluxmayacaqlar, ya da xəstəliyi yüngül keçirəcəklər. COVID-19 virusunun yeni ştamlarının yaranması təbii prosesdir. Ona görə də, təkrar edirəm, vətəndaşların stres keçirmələrinə ehtiyac yoxdur. Yeganə və ən effektiv çıxış yolu vaksinasiyadır”.

Qeyd edək ki, Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də koronavirusun “delta”, 9-da isə “alfa” variantı aşkar olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM