16:15 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Həkim-infeksionist: Əvvəlcədən vitamin qəbul edilməsi gələcəkdə xəstələnməyə təminat vermir
ANA SƏHİFƏ / SƏHIYYƏ
14:14 07.12.2020

Yeni növ koronavirus (COVID-19) infeksiyası hava-damcı yolu ilə yayıldığından qış aylarında daha çox arta bilər. Qarşıda soyuq ayların olduğunu nəzərə alsaq, infeksiyanın artımı gözlənilən və proqnozlaşdırılandır. Onun qarşısını almaq üçün görülən tədbirlər ümumi respirator infeksiyalara qarşı aparılan tədbirlərdən ibarətdir. Burada başlıca məsələ hər kəsin öz üzərinə düşən məsuliyyəti dərindən anlamaqdan və ona düzgün riayət etməkdən ibarətdir. İlk növbədə zərurət olmadığı təqdirdə evdən çıxmamaq lazımdır. Küçəyə çıxmaq xəstəliyə yoluxmağa və başqalarını yoluxdurmağa səbəb ola bilər. Hansısa zərurətdən küçəyə çıxdıqda mütləq maskalardan istifadə edilməlidir. Maskalar da bir neçə kateqoriyaya bölünür. Daha yaxşı olar ki, N95 maskalarından istifadə olunsun. Hazırda əhalinin əksəriyyəti cərrahi maskalardan istifadə edir. Əslində həmin maskaların istifadə müddəti 2 saatdır və onlar cərrahi məqsədlər üçün nəzərə tutulub. Onların qoruyuculuq funksiyası o qədər yüksək deyil. N95 maskasının da istifadə müddəti var. Bəzən ondan günlərlə, həftələrlə istifadə edilməsi əlavə problemlər yaranmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, bunu həkim-infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərindən bəhs edərkən deyib.

Həkim-infeksionist qeyd edib ki, ev şəraitində koronavirusdan müalicə olunan xəstə varsa, ailənin digər üzvləri 14 gün müddətində təcrid olunmalıdır: "Xəstənin ailənin sağlam üzvləri ilə təmasına yol verilməməli, ailədə hamı maska taxmalı, ümumi istifadədə olan otaqlar gün ərzində mütəmadi olaraq dezinfeksiya edilməlidir. Evin havası 2-3 saatdan bir dəyişilməli və digər profilaktik tədbirlər görülməlidir. Nə qədər ki, koronavirus infeksiyasına qarşı peyvənd hazırlanmayıb, o həmişə mövcud olacaq. Hazırlanan peyvənd kifayət qədər səmərəli olmasa, onda bu infeksiya ilə birlikdə yaşamaq qaydasına yiyələnməliyik.

Bunu mütləq nəzərə almaq lazımdır ki, bir xəstə üçün tətbiq olunan müalicə vasitəsi digəri üçün əks göstəriş ola bilər və hətta daha ağır nəticələrə aparıb çıxarar. Ona görə də özünümüalicə üsulundan çəkinmək lazımdır. Ev şəraitində müalicə olunan xəstəyə kompleks yanaşılır. Xəstənin rejimi, qidalanması, yaşı nəzərə alınır. Bundan başqa müalicələr xəstənin vəziyyətinə, yaşına, cinsinə, yanaşı xəstəliklərinə uyğun olaraq aparılır. COVID-19-a yoluxanlar arasında ağır gedən patologiyalar şəkərli diabet, autimmun və onkoloji xəstələr, böyrək çatışmazlığından əziyyət çəkənlər, daha çox piylənməsi olanlardır və onların infeksiyaya yoluxması daha ağır nəticələrə səbəb ola bilər. Müalicəyə başlayanda xəstənin vəziyyəti qiymətləndirilməli və bundan sonra müalicələrə başlanılmalıdır. Müalicənin prinsipləri həddindən artıq çoxdur. Onu qeyd etmək istəyirəm ki, bu gün cəmiyyət üçün daha təhlükəsi olan asimptomatik xəstələrdir və onlarda kliniki əlamətlər müşahidə olunmur. Onlar əsasən 20-25 yaşına qədər olanlardır və immunitetləri möhkəm olduğuna görə xəstələnmirlər, lakin virusu yayırlar. Həmin xəstələr ictimaiyyət içinə çıxdıqda təmasda olduğu hər kəsi virus infeksiyasına yoluxdururlar və test verməyənə qədər həmin şəxslərə qarşı heç bir müalicə tətbiq edilmir”.

Onun dediyinə görə, müalicə prosesi zamanı antibiotik və antiviral dərmanların tətbiqinə tələsmək düzgün deyil: "Təəssüf ki, bu gün insanlar saysız-hesabsız antibiotiklər və antiviral dərmanlar qəbul edirlər. Məsələn, vaxtilə qripin müalicəsində tətbiq olunan virus əleyhinə dərmanlardan COVID-in müalicəsində də istifadə edirlər, lakin nəzərə almırlar ki, bu gün COVID-ə təsir edən antiviral preparat yoxdur. Ona görə də özbaşına tətbiq edilən həmin preparatlar əlavə təsirlərə səbəb olur və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur.

Dövlət xəstəxanasında müalicə olunanlara verilən dərmanlar həkim müayinəsi aparılmadan təyin edilmir. Evdə müalicə alan xəstələr poliklinikaya müraciət etdikdən sonra onun vəziyyəti qiymətləndirilir, yanaşı xəstəlikləri öyrənilir və buna uyğun olaraq da xəstəyə dərmanlar verilir. Həkim təyinatı olmadan özbaşına qəbul edilən dərmanlar əlavə təsirlərə səbəb olur. Yaxud bəzi xəstələr vitamin komplekslərinə üz tutur, məsələn, D vitaminin qəbul edir. Doğrudur, COVID-19 xəstələrində D vitaminin səviyyəsi aşağı düşür, amma əvvəlcədən vitamin qəbul edilməsi onun gələcəkdə xəstələnməməsinə təminat vermir. Gələcək ağırlaşmaların baş verməməsi üçün yenə də mütləq həkimə müraciət edilməlidir”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM