22:51 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hədəfimiz daha yüksək nəticə qazanmaqdır
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:04 01.04.2012

 

Dövlət başçısı İlham Əliyevin 2012-ci ili "İdman ili" elan etməsi məsuliyyətimizi artırmaqla yanaşı, qarşımızda yeni vəzifələr də qoyub. Təbii ki, birinci vəzifə idmanın kütləviliyinə nail olmaqdır. Sağlam bədəndə sağlam ruh olar deyiblər. Biz də ilk növbədə buna çalışırıq. Nə qədər çox insanı, xüsusilə də yeniyetmə və gəncləri idmana cəlb edə bilsək, bir o qədər də çox nailiyyət qazana bilərik. Belədə istedadlıların ən yaxşısını da üzə çıxarmaq daha asan olur.

Ötən il xeyli uğurumuz olub. Hər il müntəzəm keçirilən "Şahin" və "Cəsurlar" hərbi-idman oyunları üzrə rayon birinciliklərində R.Babaşov adına Cəmcəmli kənd orta məktəbinin komandaları qalib gələrək 2011-ci ilin mart-aprel aylarında Qax və Kürdəmir şəhərlərindəki zona yarışlarında uğurla yarışmışlar. Onu da qeyd edim ki, "Cəsurlar" oyunları üzrə Şirvan zonası birinciliyi ilk dəfə olaraq Qobustanda keçirilmişdir.

Hazırda rayonumuzda 4300-dən artıq gənc sistemli şəkildə idmanla məşğul olur. Gənc idmançılarımız respublika miqyaslı turnirlərdə də uğurla çıxış edirlər. Ötən ilin mart ayında Lənkəran şəhərində keçirilmiş taekvondo üzrə ölkə birinciliyində Mustafa Əliyev III yerə layiq görülmüşdür. Gənc atletlər D.Dadaşbəyli və N.Baxışov ağır atletika üzrə Bakı şəhər açıq birinciliyində 3-cü yeri tutdular. Kyakuşinkaykan karate üzrə IV Bakı şəhər açıq turnirində gənc karateçilərimizdən İ.Rzazadə 1-ci, Ş.Mirzəliyev və M.Adıgözəlov 2-ci yerdə nəticə göstərmişlər. Ötən ilin 15-18 dekabrında taekvondo üzrə keçirilən XXII Azərbaycan çempionatında rayonumuzun təmsilçilərindən Kamil Zamanov III yerə, Aysel Maniyeva isə qızlar arasında II yerə layiq görülmüşlər.

2012-ci ildə hədəflərimiz daha böyükdür. Çalışacağıq ki, nailiyyətləri daha da artırıb ən mötəbər yarışlarda böyük uğurlara nail olaq.

 

Rauf RƏCƏBOV,

Qobustan Rayon Gənclər və İdman İdarəsinin rəisi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM