Heç kim unudulmayıb, heç nə yaddan çıxmayıb
Dövlət başçısının sərəncamı İkinci Dünya müharibəsi iştirakçılarına ehtiramın daha bir ifadəsidir
Həmin müdhiş savaşın sona çatdığı vaxtdan 75 il keçir. Bu illər ərzində çox şey dəyişib. O zaman Hitler faşizminə qarşı vuruşan keçmiş SSRİ-nin tərkibindəki respublikaların hər biri indi müstəqil dövlətdir. O hərbin əsgərlərinin, zabit və generallarının, o cümlədən odlu-alovlu döyüşlərdə qanlarından-canlarından keçərək xalqımızın başını uca etmiş Azərbaycan övladlarının əksəriyyəti də artıq həyatda yoxdur. Lakin tarix və onun səhifələrindəki qəhrəmanlıqlar silinməzdir.
Nə yaxşı ki, 1941-1945-ci illərdə ön və arxa cəbhələrdə hünər göstərən, fəxrimiz, qürurumuz olan yüzlərlə həmvətənimiz bu gün də yaşayır. Onlar dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub. 9 May həmin illərin müharibə və əmək veteranlarının, eləcə də hamımızın bayramıdır. Həmin gün biz döyüşlərdə həlak olmuş və sonra dünyasını dəyişmiş müharibə iştirakçılarını ehtiramla xatırlayır, sağ qalanlara isə öz sevgimizi ifadə edir və qayğımızı göstəririk.
9 May Qələbə günü hər il Azərbaycanda dövlət səviyyəsində təntənə ilə qeyd edilir. Lakin o acı olaylar da yaddan çıxmayıb ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyü öz hakimiyyəti dövründə bu bayramı ləğv etmişdi.
Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu günə yenidən önəm verdi və indi bu tarixi gün də rəsmi bayramlar sırasında qeyd olunur. İstər bayram günündə, istərsə də digər vaxtlarda faşizm üzərində qələbə üçün Azərbaycanın göstərdiyi qəhrəmanlıq yada salınır. İkinci Dünya müharibəsinin iştirakçıları Ulu Öndərin onlara göstərdiyi ehtiram ənənəsini layiqincə davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısından çox məmnundurlar.
Təəssüf ki, bu il dünyanı dolaşan COVID-19-la bağlı bir sıra bayramların və tarixi günlərin geniş qeyd edilməsi mümkün olmadı.
Hətta Moskva şəhərində 9 May Qələbə günü münasibəti ilə keçiriləcək hərbi parad təxirə salındı. Əgər qarşıdakı günlərdə koronavirusla bağlı bizim veteranlarımızla da geniş tədbirlərin keçirilməsi mümkün olmasa belə, bu, onlara olan sevgimizi azaltmır. Bakıda, eləcə də Azərbaycanın digər şəhər və rayonlarında yaşayan veteranların hamısı diqqət mərkəzindədir.
Prezident İlham Əliyev hər il Qələbə günü ərəfəsində olduğu kimi, bu il aprelin 24-də də 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş, habelə şəhərin mühasirəsi zamanı onun müdafiəsində iştirak edən şəxslər 750 manat məbləğində birdəfəlik maddi yardım alacaqlar.
Azərbaycana heç vaxt solmayacaq bir şöhrət çələngi gətirmiş bu insanlar sevgi və ehtirama layiqdirlər. Dövlət başçısının sözügedən sərəncamı isə onlara ümumxalq məhəbbətinin daha bir ifadəsidir.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
Fransanın Azərbaycanın uğurlarını seyr etməkdən başqa yolu yoxdur
25 Aprel
Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində koordinatların dəqiqləşdirilməsi proses...
25 Aprel
Tərəfdaşlıqdan strateji müttəfiqliyə
25 Aprel
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!