22:16 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hay ver mənə, cənab leytenant...
ANA SƏHİFƏ / CƏMİYYƏT
23:11 28.09.2021

 

Leytenant Elvin Şükürlü və baş leytenant Elnur Şükürlü Vətən müharibəsində silahdaş olan qardaşlardan biridirlər. Təəssüf ki, qardaşlardan kiçiyi - Elvin Şükürlü sentyabrın 28-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhadətə yüksəlir. Bu gün onun əbədiyyətə qovuşmasından bir il ötür...

AZƏRTAC leytenant Elvin Şükürlünün 23 illik şərəfli ömrünün tarixçəsini təqdim edir.

Şəhid leytenant Elvin Şükürlü 1997-ci il iyunun 14-də Füzuli rayonunda hərbçi ailəsində anadan olub. Əslən Cəlilabad rayonundandır. Atasının hərbçi olması Elvinin də, qardaşı Elnurun da həyatına təsirsiz ötüşməyib. Hər iki qardaş atalarının yolunu davam etdiriblər. Ataları Azad Şəkərov, ehtiyatda olan kapitandır, Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranıdır.

Elvin Şükürlü hərbi sahəyə ilk addımı 2011-2014-cü illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla atır. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Motoatıcı” ixtisası üzrə təhsil alır. Leytenant rütbəsinə yüksəldikdən sonra Daşkəsəndə yerləşən “N” saylı hərbi hissədə dağatıcı taqım komandiri kimi xidmətə başlayır. Sonradan tank əleyhinə taqım komandiri vəzifəsində xidmət etsə də, yenidən öz istəyi ilə ön xətt taborlarında dağatıcı taqım komandiri vəzifəsində xidmətini davam etdirir. Vətən müharibəsinin ilk günündən bir hərbçi kimi ön sıralarda olan Elvin Şükürlü döyüş yoldaşları ilə birlikdə düşmənin Kəlbəcərdəki “Üçtəpə” postunu tutur. İki gün postu özlərində saxlayan savaşçılarımız sentyabrın 28-də düşmənin əks-hücumu ilə üzləşirlər. Post uğrunda gedən qızğın döyüşlər zamanı Elvin Şükürlü aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalır. Lakin uzun müddət itkin olan leytenantın cənazəsi bu ilin yanvarında tapılır. Şəhid leytenant yanvarın 22-də II Fəxri xiyabanda torpağa tapşırılır.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Elvin Şükürlü ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin qardaşı, baş leytenant Elnur Şükürlü Azərbaycan Ordusunun zabiti kimi fəaliyyətini davam etdirir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM