01 Aprel 2012 12:04
514
Oxucu məktubları
A- A+

Hansı daha vacibdir

 

Hamıya yaxşı məlumdur ki, həkimlərin ölkə əhalisinə yüksək səviyyədə tibbi xilmət göstərməsi üçün dövlət daim kifayət qədər vəsait ayrır, onlara hər cür şərait yaradır. Son illərdə Bakıda, bölgələrdə tikilən diaqnostika mərkəzləri, əvvəlki səhiyyə ocaqlarının əksəriyyətinin əsaslı şəkildə təmir edilib ən müasir texnika və avadanlıqla təmin olunması deyilənlərə ən yaxşı sübutdur.

Bakıda fəaliyyət göstərən özəl klinikalardakı şərait də, səliqə-sahman da, texniki təchizat da yaxşıdır. Bəs xəstələr, xəstə yiyələri belə bir şəraitdə göstərilən tibbi xidmətdən razı qalırlarmı? Başqalarını deyə bilmərik,  Bakı şəhərindəki Xətai prospekti 15-də fəaliyyət göstərən "Atlas" özəl klinikasında bunun tam əksini gördük.

Fevral ayının 22-də rayonda yaşayan bacım zəng vurub dedi ki, nəvəsi olub. Onu təbrik etmək istəyəndə məni qabaqladı:

- Buradakı həkimlər uşağı Bakıdakı "Atlas" klinikasında işləyən professor Zakir Əliyevə göstərməyi məsləhət biliblər.

Bacımın həyəcanını başa düşdüm. Bundan əvvəl üç oğlan və bir qız nəvəsini itirmişdi. Ona ürək-dirək verib dedim ki, narahat olmayın, gətirərsiniz, aparıb həmin professora göstərərik. Uşağı mart ayının 10-u gününə qəbula yazdıra bildik. Bundan sonra klinikadan iki dəfə mənə zəng vurdular. Birinci dəfə dedilər ki, dəqiqləşdirmə aparırıq. Uşağın adını və soyadını da təkrar soruşdular. İkinci dəfə xəbər aldılar ki,  uşağı gətirəcəksinizmi? Dedim mütləq.

Mart ayının 10-da isə bacım klinikadan mənə zəng vurub həyəcanla dedi ki, professor uşağa baxmaqdan imtina edir. Səbəb də onu göstərir ki, uşağa doğum evindən verilən sənədi gətirmədiyinizə görə baxa bilmərəm. Yalvardıq, xahiş etdik ki, bu qarlı-soyuqlu gündə maşın tutub 250 kilometrdən çox yol gəlmişik. Bizi naümid qaytarmayın. Sabah sizə sənədi mütləq çatdırarıq. Professor dediyindən dönmədi ki, dönmədi. Hətta klinikada işləyən digər həkimlərin də xahişini yerə saldı.

Düzdür, klinikada körpənin başqa həkim tərəfindən müayinəsi təşkil edildi. Amma bu, professora haqq qazandırmır. Onun qəbuluna yazılıb 15 günün gəlib çatmasını intizarla gözləyən körpənin nənəsi, ata-anası indi deyirlər ki, doğrudanmı professor üçün doğum haqqında sənəd körpənin sağlamlığından daha vacibdir?! Mən də deyirəm ki, belə professorun qəbuluna yazılıb həftələrlə növbə gözləməkdənsə, insanlara daha çox sevgi və mərhəmət göstərən həkimlərə müraciət etmək daha yaxşıdır. Bir də düşünürəm ki, görəsən, professorun özü belə vəziyyətə düşsəydi, ona qarşı onun özü kimi rəftar etsəydilər, halı necə olardı? Yoxsa yenə fikirləşərdi ki, sənəd sağlamlıqdan daha vacibdir?

 

Məhərrəm SƏFƏRLİ,

Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,

Bakı şəhəri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video