Hamıdan hər yerdə böyük qayğı gördük
Hörmətli redaksiya, salam!
Mən II qrup müharibə əliliyəm. Oğlum Rasim isə I qrup əlildir. Bu ilin əvvəlində müalicəmizə yardımçı olmaları üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyası vəziyyətimizdən halı olandan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək üçün bizə arayış verdi. Orada da bizə biganə qalmadılar. Üstəlik, nazir Səlim Müslümovun Qazax rayonunda keçirdiyi qəbulda da oldum. Nazir elə oradaca dövlət tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin rəisi İlqar Qurbanova Türkiyənin Dənizli şəhərindəki reabilitasiya mərkəzinə müalicəyə göndəriləcək qrupun tərkibinə bizi də daxil etmək üçün göstəriş verdi. Beləcə, biz də iyun ayının 4-də Türkiyəyə gedən qrupun tərkibində müalicəyə göndərildik.
Bizi Türkiyəyə yola salanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial siyasəti şöbəsinin rəisi Saday Abdullayev də vardı. O, hər birimizlə maraqlandı, müşküllərimizi yoluna qoydu. Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi Günay Rəfiyeva, qrupumuzun rəhbəri, əlil uşaqların bərpa mərkəzinin həkimi Zöhrə xanım hamıya hərtərəfli qayğı göstərdilər.
20 gündən sonra müalicəmizi başa çatdırıb vətənə qayıtdıq. Biz hava limanına enəndə səhər saat 6:00 idi. Qrupumuzu qarşılayanlar arasında Saday müəllimi görəndə gözlərimizə inanmadıq. Bu dəfə də o, hamı ilə bir-bir görüşüb müalicənin neçə keçdiyini soruşub əhvalımızla maraqlandı. Belə insanları, belə qayğını görəndə adamın dərd-səri də yüngülləşir. Qəzetiniz vasitəsilə bu məktubda adını çəkdiyim və çəkə bilmədiyim insanlara ailəmizin dərin minnətdarlığını çatdırmağınızı xahiş edirəm.
Hörmətlə,
Qurban MƏMMƏDOV,
Şəmkir şəhəri,
Hərbi şəhərcik
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!