20:34 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hamı bir olanda
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
01:12 08.12.2011

 

Avun yaşayış məntəqəsi Yardımlı şəhərinin 6 kilometrliyində yerləşsə də, yolu çətin gedilən kəndlərdəndir. Meşə və dağ massivlərindən keçən yol möxtəlif növ nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradır.

Kəndin sakinləri də çox çalışıb daxili imkanlar hesabına bir neçə dəfə yolun yaxşılaşması üçün təşəbbüs göstərib xeyli iş görüblər. Məsələn, 2-3 il əvvəl kənd sakinlərinin vəsaiti hesabına yola daş və çınqıl döşənsə də, təbii aşınmalar nəticəsində yol yenə bərbad vəziyyətə düşmüşdü. Xüsusən də, kiçik minik maşınlarının hərəkətində ciddi problemlər yaranırdı. Ona görə də kənd sakinlərindən Babacəfər Cəfərov və Tapdıq Lətifov yenidən yolun daxili imkanlar hesabına təmiri təşəbbüsünü qaldırdılar. Onların təşəbbüsü kənd sakinlərinin də ürəyindən oldu. Qərara alındı ki, Urağaran kəndindən Avuna kimi yolun 3,5 km hissəsi çay yatağından götürülmüş qum-çınqılla döşənsin. Artıq kənd yolunun 3 kilometrlik hissəsi tam işlək vəziyyətə salınıb. Yola 50 maşından çox qum-çınqıl döşənib. Bütün işlər əl əməyi ilə görülüb. Kənd sakinlərindən Məmmədzadə Cəfərov, Şahmur Cəfərov, Kərəm Şirinov, Bağış Şirinov və başqaları yolun təmirində daha çox fəallıq göstəriblər.

 İndi kəndə gediş-gəliş əvvəlkindən xeyli rahatdır.

 

Əlövsət BABAYEV,

Yardımlıda çıxan "Zirvə" qəzetinin əməkdaşı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM