01 Sentyabr 2013 12:09
510
Oxucu məktubları
A- A+

«Halalın» haramı

 

Yəqin ki, Bakının Nizami rayonunda "Vosmoy bazarı" kimi tanınan ticarət mərkəzini hamı yaxşı tanıyır. Məişət avadanlıqlarından tutmuş geyim və qida məhsullarına qədər hər şeyi burada asanlıqla əldə edə bilərsən. Həm də bu bazarın ucuz qiymətləri dillərdə nə vaxtdı ki, dastan olub. Elə müştəriləri aldadıb cəlb edən də dildən-dilə keçən bu yalançı reklamdır.

Bu yaxınlarda mən də deyilənlərə inanıb  evə alış-veriş üçün bura yollandım. Piştaxtaların üstündə hər cür ərzaq var idi. Qiymətlər də nədənsə şəhərin digər yerlərində olan bazar və dükan qiymətlərindən fərqlənmirdi. Satıcıların bəziləri "halal tərəzi" deyib müştəriləri haraylayır, bəziləri də tərəzinin qabırğasına birbaşa "halal çəki" sözləri yazılmış karton qırığını yapışdırıb alverini edirdilər. Bir neçə dəfə çəkidən şübhələnən müştərisini inandırmağa çalışan satıcılara da rast gəldim.

Bazarın qatma-qarışıqlığı, səs-küyündə üzə çıxan, yadda qalan səhnələr ondan ibarət oldu ki, alıcıların bir qismi tərəzilərin düz işləməsinə şübhə ilə yanaşır, satıcılar da ucdantutma halal tərəzi sahibləri olduqlarına and içməkdən yorulmurlar. Mən də "halal" çəkilərlə bazarlıq edib evə döndüm, aldıqlarımı tərəziyə atanda gördüm ki, meyvələrin hərəsi 150-300 qram arasında əskik gəlir. "Halal tərəzidən" aldığım 3 kiloluq şaftalı isə düz bir kilo kəm çıxdı! Qonum-qonşu ilə dərdləşəndə aydın oldu ki, hamı bu bazarın "halal" tərəzilərindən bezib.

Müqəddəs Kitabımızda alanda artıq, satanda əskik çəkənlərin böyük günah sahibləri olduqları xüsusi qeyd edilir. Elə bizim Cinayət və İnzibatı Xətalar məcəllələri də bu məsələdə sərt mövqedə dayanır. Təəssüf ki, yalnız 8-ci Kilometr bazarı bizim kimi sadə alıcıların dərk edə bilmədiyi qaydalarla yaşayır. Nəticədə "halal" tərəzi arxasında durub haram alver edənlər qorxusuz-ürküsüz alıcılara qarşı etinasızlıq edirlər.

Hələ antisanitariyanın baş alıb getdiyini demirik, bazar intizamına nəzarət, bazar münasibətlərinin qanun və əxlaq çərçivəsində saxlanılması ilə görəsən kim məşğul olur? Buralarda gəzəndə hiss olunur ki, bazar yiyəsiz deyil, sahibi, işçiləri var. Bəyəm onlar "halal" tərəzilərin haram alverindən xəbərsizdirlər? Prezidentin xüsusi fərmanı ilə rayon icra hakimiyyətlərinə geniş səlahiyyətlər verilib. Nizami Rayon İcra Hakimiyyətinin binası ilə bazar arasında 10-15 dəqiqəlik yol var. Vətəndaşları ələ salan, əsəbləri ilə oynayan kefkom bazar əhlini onlar da görə bilmirlər?

Yaxşı nümunə üçün uzağa, xarici ölkələrə də getmək lazım deyil. Elə bircə Bakının "Meyvəli" bazarına baş çəkib, oradakı səliqə-sahmana, qiymətlərə fikir versələr, bəs edər. Ümid edək ki, iradımız nəticəsiz qalmayacaq, aidiyyəti təşkilatlar 8-ci Kilometr bazarında haramla halal arasındakı fərqi ədalət tərəzisindən keçirəcək, nəticəsi haqqında da qəzetə məlumat verəcəklər.

 

Elnur MƏDƏTOĞLU,

Bakı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video