22:33 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hakim partiya Kanadada parlament seçkilərində qələbə qazandı
ANA SƏHİFƏ / DÜNYA
17:38 21.09.2021

 

Kanadanın Baş naziri Castin Trüdonun rəhbərlik etdiyi Liberal Partiya  ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində qələbə qazanıb. Kanada Milli Seçki Komissiyasının rəsmi saytında dərc edilmiş səsvermənin ilkin nəticələrinə əsasən, seçicilərin 31,7 faizi hakim partiyaya səs verib. Bununla da Kanadanın Liberal Partiyası parlamentdəki 308 mandatdan 156-sını əldə edib. Məlumat üçün bildirək ki, hökumətin formalaşdırılması üçün ən azı 170 dairədə seçkini qazanmaq lazımdır.

Kanadada əsas müxalif siyasi qüvvə olan Mühafizəkar Partiya isə 34,1 faiz səslə qanunvericilik orqanına 121 mandat almışdır. Üçüncü yeri 32 dairədə (səslərin 8,2 faizi) qalib gələn Kvebek bloku, sonrakı yerləri isə Yeni Demokratik Partiya (27 dairədə qələbə, 17,6 faiz) və Kanadanın "Yaşıllar" Partiyası (2 dairədə qələbə, 2,2 faiz səs) tutmuşdur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM