27 Fevral 2021 21:51
720
SİYASƏT
A- A+

Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılıb

 

Niderland Krallığında fəaliyyət göstərən Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Türkiyənin Niderlanddakı səfiri Şaban Dişli, Niderland parlamentində Denk partiyasını təmsil edən millət vəkili Selcuk Öztürk, Haaqa məzarlığının rəhbəri Linda Jansen, Avropadakı müxtəlif diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan və Türkiyə icmasının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkının çıxışından sonra abidənin açılışı olub, ətrafına əklil qoyulub və gül dəstələri düzülüb. Mərasim iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məzarlığın toplantı zalında davam etdirilən tədbirdə Fikrət Axundov, Şaban Dişli, İlhan Aşkın, Linda Jansen, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva və başqaları çıxış ediblər. Natiqlər erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının bəşəriyyətin faciəsi olduğunu və onun dəhşətlərinin heç vaxt unudulmayacağını bildiriblər. Soyqırımının başqa dövlətlər tərəfindən rəsmi olaraq tanınmasına və müqəssirlərin cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmağın vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video