02 Mart 2014 01:03
544
Oxucu məktubları
A- A+

Güvənc yerimiz

 

Möhtərəm Prezident!

Müstəqil Azərbaycan dövlətinin qurucusu, zəmanəmizin əvəzolunmaz tarixi şəxsiyyəti, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasəti bu gün Sizin tərəfinizdən böyük uğurla davam etdirilir. Artıq Sizin rəhbərliyiniz altında respublikamızın bütün bölgələrində, iqtisadiyyatımızın bütün sahələrində böyük nailiyyətlər əldə olunmuşdur.

Paytaxtda vüsət alan quruculuq işləri təkcə mərkəzdə deyil, respublikamızın bütün bölgələrində, şəhər, qəsəbə, rayon və kəndlərində də uğurla həyata keçirilir. Gəncə, Sumqayıt, Mingəçevir, Yevlax şəhərlərinin və bütün rayonlarımızın siması tanınmaz dərəcədə dəyişmiş, respublikamız dünyanın ən müasir ölkələrindən birinə çevrilmişdir.

Ölkəmizin qərb qapısı hesab edilən, öz tarixi şəxsiyyətləri, ziyalıları ilə tanınan Qazax rayonu da sizin diqqət və qayğınız sayəsində görkəmini büsbütün dəyişmişdir. Belə ki, Qazax şəhərində Gənclər Mərkəzi, Şahmat məktəbi, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı, rayon polis şöbəsi, Ədəbiyyat muzeyi üçün inşa edilmiş əzəmətli inzibati binalar qədim Qazaxın gözəlliyini birəon artırmışdır.

Bizim yaşadığımız Ermənistanla həmsərhəd olan Quşçu Ayrım və Məzəm kəndləri də Sizin diqqət və qayğınızdan kənarda qalmamışdır. Bu iki kənddə olan poçt, kitabxana, klub binaları əsaslı təmir edilmiş, Quşçu Ayrımda müasir tələblərə cavab verən yeni həkim məntəqəsi inşa edilmişdir. Hazırda Quşçu Ayrım kəndində 180, Məzəm kəndində isə 80 yerlik məktəb binalarının tikintisi sürətlə davam edir.

Düşmənlə təmas xəttinin yaxınlığında yerləşən bu iki kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolu ötən əsrin sonlarında ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin ilk illərində inşa edilmişdi. Uzun illər istismar edilən bu yol Sizin müvafiq sərəncamınızla 2013-cü ildə yenidən çəkilərək istifadəyə verilmişdir. Fərəhli haldır ki, 2013-cü il iyul ayının 5-də həmin yolun açılışında Siz şəxsən iştirak etmişsiniz. Hazırda həmin yoldan tək Quşçu Ayrım və Məzəm kəndləri deyil, bu yol boyu yerləşən 10 kəndin əhalisi də istifadə edir. Yaradılmış bu rahatlıq və gözəl şərait üçün həmin kəndlərin, xüsusilə sərhədyanı Quşçu Ayrım və Məzəm kəndlərinin əhalisi Sizə hədsiz minnətdardır.

Möhtərəm Prezident!

Biz inanırıq ki, Sizin sərhədyanı kəndlərə göstərdiyiniz böyük diqqət və qayğı heç vaxt tükənməyəcək. Erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqlarımız Sizin uzaqgörən müdrik siyasətiniz sayəsində azad ediləcək və həmin torpaqlarda  yerləşən şəhər və kəndlərimiz də digər bölgələrimiz kimi abadlaşdırılacaqdır.

Bu yolda Sizə böyük uğurlar arzulayırıq.

Qazax rayonunun Quşçu Ayrım və Məzəm kənd sakinləri adından

 

Elman NƏSİBOV,

RİHB-in Quşçu Ayrım kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video