13 Fevral 2014 03:02
342
PARLAMENT
A- A+

Gürcüstan Prezidenti Milli Məclisdə olmuşdur

 

Fevralın 12-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə olmuşdur.

Ali qonağı parlamentin binası önündə Milli Məclisin Sədri Oqtay Əsədov qarşıladı.

Gürcüstan Prezidenti Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Xatirə zalında ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar Gürcüstan Prezidentində dərin təəssürat yaratmışdır. Gürcüstan dövlətinin başçısı "Xatirə" kitabına ürək sözlərini yazmışdır.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili arasında görüş keçirilmişdir.

Ali qonağı ölkəmizdə salamlayan Oqtay Əsədov Azərbaycan və Gürcüstan xalqları arasında tarixi dostluq əlaqələrinin olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, bu cür yüksək səviyyəli səfərlər qardaşlıq və mehriban qonşuluq əlaqələrinə əsaslanan münasibətləri daha da inkişaf etdirəcəkdir.

Gürcüstan ilə Azərbaycan arasındakı əlaqələrin konkret layihələrlə inkişaf etdirildiyini deyən Milli Məclisin Sədri Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin regionun və Avropanın enerji təhlükəsizliyində önəmli rol oynadığını xüsusi qeyd etmişdir.

Oqtay Əsədov hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının münasibətlərin inkişafında mühüm rolu olduğunu diqqətə çatdırmışdır.

Prezident Georgi Marqvelaşvili bildirmişdir ki, mehriban qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan regionda birlikdə iri layihələr həyata keçirir. Biz bu layihələri həyata keçirməklə regionun gələcək inkişafını və sabitliyini təmin etməliyik.

Qeyd olunmuşdur ki, yalnız enerji sahəsində deyil, mədəniyyət, elm, təhsil, səhiyyə və digər sahələrdə də əməkdaşlıq üçün böyük potensial vardır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video