22:14 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin Anım Günü ilə bağlı xalqa müraciətinə geniş yer verib
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:48 28.09.2021

 

Gürcüstanın aparıcı KİV-ləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr – Anım Günü ilə bağlı xalqa müraciətinə geniş yer verib.

AZƏRTAC xəbər verir ki, gaxa.ge, report.ge, 24news.ge, interpress.ge, aktual.ge informasiya portallarında Azərbaycan Prezidentinin xalqa müraciəti, eləcə də bu müraciətdən hazırlanmış xəbərlər yayıblar.

Azərbaycan, gürcü, rus və ingilis dillərində yayılan xəbərlərdə Prezident, Müzəffər Ali Baş Komandanın fikirləri, 44 günlük Vətən müharibəsinin uğurlu nəticələri barədə fikirləri yer alıb.

Gürcüstan KİV-ləri bununla yanaşı, öz oxucularına 27 sentyabr-Anım Günü ilə əlaqədar bir sıra başqa maraqlı xəbərlər də çatdırıblar.

Bəzi Gürcüstan televiziyalarında da Anım Günü ilə əlaqədar qısa xəbərlər verilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM