28 Dekabr 2011 01:12
433
SİYASƏT
A- A+

Gürcüstan Azərbaycanlıları Konqresi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirmişdir

 

Dekabrın 26-da Gürcüstan Azərbaycanlıları Konqresi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirmişdir.

Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbir  "Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası" ASC-nin dəstəyi ilə keçirilmişdir.

Mərasimdə çıxış edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş həmrəylik gününün artıq ümumxalq bayramına çevrildiyini bildirmişdir. H.Yusifov Azərbaycan və Gürcüstan prezidentləri arasında olan dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfəsini verdiyini diqqətə çatdırmışdır.

Gürcüstan Milli Təhlükəsizlik Şurası katibinin müavini Tamar Kintsuraşvili əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu böyük bayramın Gürcüstanda da təntənəli şəkildə qeyd olunmasından məmnunluğunu bildirmiş, gürcülərin həmişə azərbaycanlılarla həmrəy olduğunu xüsusi vurğulamışdır.

Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev bu bayramın ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının bir araya gəlmələrində uzaqgörən siyasətinin məntiqi nəticəsi olduğunu söyləmişdir. O qeyd etmişdir ki, illər keçdikcə ümummilli liderin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin daha çox şahidi oluruq.

Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze ölkələrimiz arasında dostluqdan söhbət açmış, Azərbaycan xalqının hər bayramının gürcülərin də bayramı olduğunu demiş və birgə fəaliyyətimizlə bütün problemlərin tezliklə yoluna qoyulacağına əminliyini bildirmişdir.

"Azəryolservis" ASC-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Qurban Piriyev ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyi istiqamətində əvəzsiz xidmətlərindən danışmışdır.

Tədbirdə Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri Hüseyn Yusifova 3-cü dərəcəli Vaxtanq Qorqasali, Bolnisi Rayon İcra Hakimiyyəti başçısının müavini Ramil Əsədova isə "Şərəf" ordeni təqdim olunmuşdur.

Tədbirdə həmçinin konqresin 2011-ci il nominasiyaları üzrə qaliblər - Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, "SOCAR Georgia Petroleum" şirkətinin nümayəndəsi Teymur Hacıyev, Azərbaycan Televiziyasının Gürcüstandakı müxbiri Şahismayıl Şəmmədoğlu, Marneuli Gənclər Təşkilatının rəhbəri Emin Əhmədov, "Qarapapaqlar" jurnalının redaktoru Akif Xansultan, "Sarvan" ansamblının rəhbəri Cəmilə Məmmədova, "Uğur" jurnalının redaktoru Musa Hacıyev və başqaları mükafatlandırılmışlar.

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Tbilisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video