10:06 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Günümüzün ən yaxşıları

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:34 14.08.2021

 

Dünyanın ən məşhur kompüter şirkəti “Apple”dır. Stiv Cobs, Stiv Voznak və Ronald Veyn tərəfindən qurulan bu şirkət hər il yeni məhsullar təqdim edir. Bununla da yeni kəşflərə davam edir.

Başqa bir məşhur kompüter şirkəti “HP”dir. O, istifadəçilərə kompüter, proqram təminatı, aparat və s. xidmətlər təklif edir. Uilyam Hyulet və Devid Pekkard tərəfindən qurulan “HP” şirkətinin hətta ilk müştərilərindən biri Uolt Disney olmuşdur.

“Dell” dünyada bir çoxları tərəfindən etibar edilən şirkətdir. Əsas binası Texasda yerləşən şirkətin qurucusu Maykl Delldir. Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Dell”in müsbət cəhəti istifadəçilərə maksimum keyfiyyət təqdim etməsidir. Bu kompüterlər çox davamlı hesab olunduqları üçün mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

“Lenovo” hər il ən yaxşı sıralarda yer alan kompüter markalarından biridir. Bu şirkət kompüterlə yanaşı, planşet, ağıllı televizor, smartfon da hazırlayır. İstifadəçilər arasında markanın əsas özəlliyi satış qiymətinin münasib olmasıdır.

Bu gün dünyanı kompütersiz təsəvvür etmək qeyri-mümkündür. Kompüter texnologiyaları davamlı olaraq inkişaf edir. İnsanlar da bu inkişafla bir addımlamaqdadır.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM