05 Avqust 2021 00:47
912
İQTİSADİYYAT
A- A+

Günəbaxan sahələrində məhsul yığımına başlanıb

 

Ölkənin günəbaxan sahələrində məhsul yığımına start verilib. Günəbaxan əksər bölgələrdə rayonlaşdırılmış bitki sayılır. Günəbaxan sahələrinin böyük əksəriyyəti Gəncə-Daşkəsən, Qarabağ və Qazax-Tovuz iqtisadi rayonlarının ərazisindədir.

Bu il Azərbaycanda təxminən 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Əkin sahələrinin 2525 hektarı Goranboy, 2331 hektarı Tərtər, 1791 hektarı Samux, 979 hektarı Ağstafa, 935 hektarı Çəmkir rayonunun payına düşür.

Günəbaxan ən gəlirli və əməktutumlu bitki növlərindən sayılır. Kənd yerlərində gəlirlərin formalaşmasında və məşğulluğun artmasında bu bitkinin becərilməsinin böyük rolu var. Bitkinin tam vegetasiya müddəti iyulun sonlarında başa çatır, məhsul yğımına isə avqustun əvvəllərində start verilir.

Ötən il Azərbaycanda 11016 hektar sahədə günəbaxan əkilib. Mövsümün sonunda sahələrdən 24574 ton məhsul yığılıb. Günəbaxan üzrə orta məhsuldarlıq 22,4 sentner təşkil edib.

Qeyd edək ki, günəbaxan, əsasən, yağlı bitki kimi becərilir. Müasir sortların tərkibində yağın miqdarı 50-52 faizə çatır. Bitki yağlarının böyük ərzaq və texniki əhəmiyyəti vardır. Günəbaxan yağından yeyinti sənayesində, konserv, qənnadı məmulatı, marqarin hazırlanmasında geniş istifadə edilir. Eyni zamanda lak-boya, sabun bişirmə, gön-dəri aşılama, ətriyyat, toxuculuq və s. sənaye sahələrində istifadə olunur.

Günəbaxan toxumlarının qabığından xammal kimi sənayedə heksoz və pentoz şəkərlərinin alınmasınyda istifadə olunur ki, bunlardan da süni lif, plastmas, qırılmayan şüşələr və s. alınmasında istifadə edilır. Yağlı bitkilər həm də bitki zülalı mənbəyidirlər. Toxumların yağı emal edilərkən qalan jmıx və cecədə 35-40 faiz zülal olur. Yağın emalından sonra qalan cecənin bir sentneri 102 yem vahidinə, yaxud 3,6 kq proteinə bərabərdir. Günəbaxanın yaşıl kütləsindən iribuynuzlu malqara üçün yem və keyfiyyətli silos alınır. Səbətdən hazırlanmış 1 sentner unun yem vahidi 80 kq-ya, asan həzm olunan protein isə 3,8-4,3 kq-ya bərabərdir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video