18:37 03 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gün ərzində bir çay qaşığı duz qəbul edilməsi normaldır
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:47 19.06.2020

Xörəklərə dad verən duzun müxtəlif növləri var. Lakin mütəxəssislərin fikrincə, duz xörəklərə nə qədər dad versə də, ondan qədərində istifadə edilməsi vacibdir. İstifadə edilən duzun orqanik, yəni rafinə edilməmiş olması daha yaxşıdır, çünki həmin duzun tərkibində insan orqanizmi üçün faydalı olan 84 mineral var.

Duzun tərkibində orqanizm üçün vacib minerallar olsa da, ondan həddindən artıq istifadə edilməsi zərərli təsir göstərə, hətta piylənmə, yüksək qan təzyiqi, insult və digər xəstəliklərə aparıb çıxara bilər.

Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: "Duz orqanizmdə ən vacib minerallardan biridir. Onun tərkibi 40 faiz natrium və 60 faiz xlordan ibarətdir. Duzsuz yaşamaq olmaz, lakin onun çoxluğu orqanizmdə fəsadlar yarada bilər. Natrium-xlor orqanizmin su elektrik balansının formalaşmasında əsas rol oynayan maddələrdən biridir. Gün ərzində 1 çay qaşığı duz qəbul edilməsi normal sayılır”.

Duzu normadan artıq qəbul etdikdə yarana biləcək problemlərin aradan qaldırılması üçün bitki tərkibli çay və tərəvəzlərdən istifadə etmək məsləhət görülür.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM