11:24 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Güləşçilərimiz Cümhuriyyət Kubokunda iştirak edəcəklər
ANA SƏHİFƏ / İDMAN
12:10 28.10.2011

 

Bu gün Türkiyənin İstanbul şəhərində güləş üzrə 27-ci Cümhuriyyət Kuboku beynəlxalq turniri start götürəcək. Turnirdə Azərbaycan, Özbəkistan, Ukrayna, Gürcüstan, Rusiya, Türkiyə - ümumilikdə  10-dan artıq ölkənin pəhləvanları iştirak edəcək.

Yarışda ölkəmiz yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın üzvləri ilə təmsil olunacaq. Baş məşqçi İlqar Abdulov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında Fazil Zamanzadə (55 kq), Nurlan Əsgərov (60 kq), Ceyhun Əliyev (66 kq), Toğrul Yunisli, Şamil Ertuqanov (hər ikisi 74 kq), Fuad Əliyev, Sultan İsmayılov (hər ikisi 84 kq) və Hacımurad Çöpsiyev (96 kq) Türkiyədə qələbə uğrunda mübarizə aparacaqlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM