28 Oktyabr 2019 12:12
2716
Səfərlər
A- A+

Gülçülük bazarında ölkəmizin təmsil olunması “Made in Azerbaijan” brendini daha da məşhurlaşdıracaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verildi.

"AzRose” MMC-nin direktoru Nicat Mirzəyev bildirdi ki, ölkəmizdə ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. Azərbaycan Prezidenti İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülür. Bu sahənin Azərbaycanda ənənəvi xarakter daşıdığını, hələ sovet dövründə bu sahədə ciddi işlərin həyata keçirildiyini nəzərə alsaq, gülçülüyün ölkəmizdə yenidən inkişaf etdirilməsi ilə bağlı görülən işlər təqdirəlayiqdir. Çünki bu sahədə əldə olunan məhsullara dünya bazarında böyük tələbat var. Statistik göstəricilərə görə, dünya üzrə ildə təxminən 3 ton qızılgül yağı istehsal olunur. Bu bazarda Azərbaycanın da təmsil olunması ölkəmizə yeni valyuta axınını təmin edəcək, digər tərəfdən də "Made in Azerbaijan” brendinin dünyada daha da məşhurlaşmasına səbəb olacaq.

Qeyd olundu ki, Qəbələ gülçülük istixanasının yaradılması ilə bağlı işlərə 2017-ci ilin noyabr ayında başlanılıb. İllik istehsal gücü 6 milyon ədəd gül olan müəssisədə suvarma, işıqlandırma, isitmə və havalandırma sistemləri tamamilə elektronlaşdırılıb. Məhsuldarlığın artırılması məqsədilə 2005 LED lampası quraşdırılıb.

Çeşidləmə və paketləmə prosesi ilə tanışlıq zamanı bildirildi ki, Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik "Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada "Red Naomi”, "Avalanj”, "Talea”, "Aqua”, "Sweet Avalanj”, "Jumilia”, "Wow” və "London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir.

İnvestisiya dəyəri 19 milyon manat təşkil edən müəssisənin ümumi ərazisi 10 hektardır. İstixana ərazisi 3 hektardır və gələcəkdə genişləndirilməsi planlaşdırılır. "AzRose” hazırda daxili bazarın 60 faizini güllə təmin edir. Qiymət daha ucuz və münasibdir. Zirə və Şəmkirdə də istixanalar var. Vəndam qəsəbəsində dekorativ gülçülük istixanasında ümumilikdə 50 yerli işçi çalışır və onların orta aylıq əməkhaqqısı 550 manat təşkil edir. Gələcəkdə istehsalın 40 faizinin Rusiya, Qazaxıstan və digər ölkələrə ixracı planlaşdırılır.

Sonda istixananın kollektivi ilə xatirə şəkli çəkdirildi.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video