22:32 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Güc simvolu

ANA SƏHİFƏ / SİYASƏT
01:24 24.09.2021

 

Strateji əhəmiyyətə malik hərbi təlimlər Müzəffər Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da artırır

 

Vətən müharibəsindəki şanlı qələbənin ildönümü ərəfəsindəyik. Bir il keçməsinə baxmayaraq, hələ də ordumuzun yeni müharibə modeli, yəni aparılan uğurlu əməliyyatlar və savaşın nəticəsi bu gün də dünyanın hərbi analitikləri tərəfindən müzakirə olunmaqdadır.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi bir çox reallıqları dünyaya nümayiş etdirdi. Yəni bu savaş Cənubi Qafqazla bağlı reallıqlara yenidən və həm də əyani şəkildə aydınlıq gətirdi. Müharibə və onun nəticəsi dünyaya praktik şəkildə nümayiş etdirdi ki, Azərbaycan yerləşdiyi regionun siyasi, iqtisadi və hərbi gücüdür. Bu Qələbə Azərbaycanın Cənubi Qafqazda lider və aparıcı dövlət kimi statusunu daha da yüksəltdi. Bütövlükdə isə ərazi bütövlüyünü bərpa etməklə respublikamız beynəlxalq miqyasda  mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsinin əsas səbəbi Ermənistandan fərqli olaraq hər bir sahədə inkişafı, irəli getməsi, dövrün tələblərinə uyğun yüksəlişi və apardığı hazırlıq işləri idi. Ən böyük hazırlıq isə təbii ki, orduda həyata keçirilmişdi.

Bu gün texniki inkişafın elə bir mərhələsinə qədəm qoymuşuq ki, hətta 5 il əvvəl meydana çıxan yeniliklər belə günümüzlə ayaqlaşmır. Bu baxımdan Ali Baş Komandan İlham Əliyev ordumuzun arsenalının modern hərbi texnologiyalarla zənginləşdirilməsi, müasir döyüş imkanlarına malik hərbi gücə çevrilməsi istiqamətində davamlı iş aparır.

Təsadüfi deyil ki, hazırda Azərbaycanın silahlanmasında yer alan müasir döyüş vasitələri inkişaf etmiş dövlətlərin belə arsenalında yoxdur. Üstəlik, İlham Əliyev Azərbaycanın hərbi-sənaye kompleksini də formalaşdırıb və artıq neçə illərdir ki, Silahlı Qüvvələrimizin müəyyən hərbi təyinatlı məhsullarla təchizatında xarici asılılıq aradan qaldırılıb.

Lakin Silahlı Qüvvələrdə qarşıya qoyulan əsas məsələlərdən biri olan döyüş qabiliyyətinin daim yüksəldilməsi üçün təkcə yeni hərbi texnikaların alınması kifayət etmir. Eyni zamanda mütəmadi olaraq keçirilən hərbi təlimlərdə müasir döyüş vərdişlərinin artırılması zərurəti yaranır. Bu məsələ Ali Baş Komandanın xüsusilə nəzarətindədir və təsdiq edilən plana əsasən il ərzində bir neçə dəfə hərbi təlimlər keçirilir. Bununla yanaşı, ordumuz dost və qardaş ölkələrin hərbi birləşmələri ilə müştərək təlimlərə qatılır.

2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olunması baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də iki ölkənin ordularının iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır.

Elə bu ilin sentyabrında keçirilən təlimlərə nəzər yetirsək, görərik ki, ordumuzun tarixində nə qədər yeniliklər baş verib.

Öncə Azərbaycan və Türkiyənin xüsusi təyinatlıları işğaldan azad edilmiş Laçın rayonunda hərbi təlimlər keçirdi. Paralel olaraq iki qardaş ölkənin şahinləri Konyada “TurAz Şahini - 2021” təlimlərində təcrübələrini daha da zənginləşdirdilər.

Ardınca isə Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təlimi keçirildi. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması idi. Bu təlimlər hər üç ölkənin hərbi qulluqçularının peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verdi.

 “Üç qardaş-2021” beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edərək, terrorla mübarizə üçün yeni üsulların öyrənilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqları inkişaf etdirməyə imkan yaratdı.

Bir sözlə, təlim göstərdi ki, müasir texnologiyalardan, yeni döyüş taktikasından istifadə edən xüsusi təyinatlılarımızın bacarığı daha da artıb və peşəkarlıq səviyyəsi xeyli yüksəlib. Təlimlər qoşunlarımızın imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük töhfə verdi. Bu təlim Silahlı Qüvvələrimizin qarşıda duran istənilən vəzifəni birgə icra etməyə hazır və qadir olduğunu bir daha nümayiş etdirdi.

Dağlıq Qarabağ problemi bitsə də, düşmənə etibar etmək olmaz. Bu baxımdan qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi zəruridir. Çünki döyüş qabiliyyətinin gücləndirilməsi, şəxsi heyətin döyüş vərdişlərinin yüksəldilməsi hər zaman prioritet olaraq qalır.

Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğı, döyüş hazırlığı, maddi-texniki bazanın daim yenilənməsi hər zaman gündəmdədir. Çünki Vətən müharibəsi göstərdi ki, güclü ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, ordu ilə xalqın vəhdətinin təmin edilməsi möhtəşəm qələbənin kökündə dayanan həqiqətlərdir. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə hazırkı dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirib.

Prezident İlham Əliyev hərbi quruculuq sahəsində islahatları davam etdirməkdədir. İşğaldan azad edilmiş torpaqlarımızda yeni hərbi birləşmələr yaradılır və ən müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülür.

Ümumiyyətlə, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM