28 Sentyabr 2014 12:09
514
Oxucu məktubları
A- A+

Gözdən uzaq düşmüşük

 

Hörmətli redaksiya!

Sizə bu məktubu böyük ümidlə yazıram. İnanıram ki, çətin vəziyyətdə yaşayan bir qrup kəlbəcərli ailə barədə əlaqədar dövlət qurumlarını xəbərdar edəcəksiniz.

Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal ediləndən sonra sakinlərin bir qismi Bərdə rayonunun Əyricə kəndi ərazisində - Tərtər çayının Kürə töküldüyü yerin yaxınlığında məskunlaşıb. Onlar məcburi köçkün vəziyyətinə düşəndən sonra ağır şəraitdə yaşasalar da, heç vaxt ümidlərini itirməmişlər. Prezident İlham Əliyevin yeritdiyi müdrik siyasəti bəyənir və müdafiə edirlər, qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı və diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.

Qaçqın və məcburi köçkünlər üçün salınan yeni qəsəbələri gördükcə biz də çox sevinirik. Amma 20 ildən çoxdur ki, Əyricədə yaşayan ailələrin həyat şəraiti  ağır olaraq qalır. Burada yaşayan ailələrin başçıları yaşlı insanlardır. Cabbarov Qənaət Qulu oğlu, Fərəcov Əlfasiyab Yusif oğlu, Məmmədova Sərəngiz Yunis qızı, Əmrahova Raya Yunis qızı bu qəbildəndirlər. Cabbarov Namiq III qrup əlildir, 3 uşaq atasıdır. Yaşar Fərəcovun da 3 övladı var. Uşaqların oxumaq imkanı yoxdur. Çünki məktəb çox uzaqda yerləşir.

Dövlətimizin artan iqtisadi gücündən,  Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına ünvanlanan qayğısından pay ummağa bizim də haqqımız var. Çox inanırıq ki, bu məktubdan sonra gözdən uzaq düşmüş  buradakı ailələrin  vəziyyəti ilə maraqlanıb, onların problemini həll edən tapılacaq.

 

Əlizamin MƏMMƏDOV,

Bərdə rayonunun Əyricə kəndində məskunlaşmış kəlbəcərli məcburi köçkün

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video