08 Aprel 2021 00:25
1108
İQTİSADİYYAT
A- A+

Göygöl rayonunda heyvandarlığın inkişafına diqqət artır

 

Heyvandarlıq kənd təsərrüfatının əsas sahəsi olmaqla əhalinin ərzaq məhsulları ilə təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Göygöl rayonunda da bir sıra tədbirlər həyata keçirilir, o cümlədən heyvanların cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.

Qeyd edək ki, cari ilin 3 ayı ərzində rayondakı  fiziki və hüquqi şəxslərə lizinq yolu ilə xaricdən gətirilmiş 72 baş damazlıq heyvan satılmışdır ki, bununla da rayonda cins heyvanların sayı 333 başa çatdırılmışdır.

Məlum olduğu kimi, Prezidentin 28 iyun 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında damazlıq işlərinin dövlət tərəfindən dəstəklənməsi və heyvandarlıqda süni mayalanma tədbirlərinin genişləndirilməsi də nəzərdə tutulmuşdur. Həmin sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində də rayonda xeyli iş görülmüşdür. Belə ki, təkcə cari ilin 3 ayı ərzində 250 baş heyvanda süni  mayalanma işi aparılmış və 183 baş bala alınmışdır.

Məlum olduğu kimi, süni mayalanma yolu ilə alınmış hər baş sağlam buzova görə heyvan sahiblərinə 100 manat subsidiya verilir. Rayon üzrə cari ilin 3 ayı ərzində süni mayalanma yolu ilə alınmış 150 baş sağlam buzova görə heyvan sahiblərinə nəzərdə tutulan subsidiyanın verilməsi məqsədilə sənədlər Elektron Kənd Təsərrüfatı İnformasiya sisteminə daxil edilmişdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video