24 Iyun 2021 00:14
9199
ELANLAR
A- A+

Göygöl Rayon İcra  Hakimiyyəti 2021-ci   il üçün  açıq tender elan edir

 

Göygöl  şəhərinin  Vidadi  küçəsi,  Vidadi  və İ.Məmmədov  küçəsi  arasındakı  küçə, Qara  Qarayev  küçəsi,  Əziz  Əliyev  və  Qarayev  küçələrinin  arası,  Əziz  Əliyev  küçəsinin  Müstəqillik  küçəsinə  birləşən  hissə  və  Müstəqillik  küçəsinə  bitişik  dalanda  asfalt-beton  ortüyün  təmiri  işlərinin  aparılması 

Tender  iştirakçılarına  təklif  edilir  ki,  “Dövlət  satınalmaları  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq  göstərilən  LOT  üzrə  təkliflərini  möhürlənmiş,  imzalanmış,  ikiqat  bağlamada  yazılı  təqdim  etsinlər.

Təkliflərin  qiymətləndirilməsində  aşağıdakı  meyarlara üstünlük  veriləcəkdir:

-  aşağı  qiymət,   yüksək  keyfiyyət,  müqavilənin vaxtında yerinə  yetirilməsi, analoji işlərdə  təcrübəsi,  maliyyə  vəziyyəti.

Müqavilənin  vaxtında yerinə yetirilməsi üçün tender  iştirakçıları lazımi  texniki və  maliyyə imkanlarına  malik  olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar  Tender komissiyasına müraciət  edə bilərlər.

Ünvan:  Göygöl şəhəri,  Azay  Kazımov  küçəsi,  1A

Telefon: 022-205-30-62;  (055)  362-92-11

Əlaqələndirici  şəxs:  Muradov  Ramin  Akif  oğlu

Maraqlananlar aşağıdakı  məbləğdə  iştirak  haqqını qeyd olunan hesaba köçürdükdən  sonra Əsas  şərtlər toplusunu  yuxarıda göstərilən  ünvandan  ala  bilərlər.

İştirak  haqqı - 700  manat.  İddiaçılar  iştirak  haqqını  aşağıdakı  hesaba  köçürməlidirlər.

Təşkilat: GÖYGÖL RAYON  İCRA  HAKİMİYYƏTİ

HESAB: AZ23CTRE00000000000002511231

VÖEN: 7600027881

BANK: DÖVLƏT  XƏZİNƏDARLIQ  AGENTLİYİ 

Kod: 210005 

VÖEN BANK: 1401555071

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

S.W.I.F.T. CTREAZ22  

İştirak  haqqı heç  bir halda  geri  qaytarılmır.

İddiaçılar tenderdə  iştirak etmək  üçün aşağıdakı  sənədləri  təqdim etməlidirlər:

- tenderdə iştirak  etmək  üçün yazılı  müraciət;

- iştirak  haqqının ödənilməsi barədə  bank  sənədi;

- iddiaçının  tam  adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi  ölkə və rekvizitləri;

- iddiaçının  son  bir  ildəki maliyyə vəziyyəti haqqında məlumat;

- işləri  yerinə  yetirmək üçün potensial imkanları  haqqında məlumat;

- vergilərə və  digər icbari  ödənişlərə dair borcların olmaması barədə arayış;

- tender təkliflərinin  təminatı  (zərflərin  açıldığı  tarixdən sonra 30 bank  günü  qüvvədə  olmalıdır);

- tender təklifi qiymətinin  1 faizi həcmində bank  zəmanəti (zərflərin  açıldığı  gündən  sonra  60 bank  günü qüvvədə  olmalıdır).

 

İddiaçılar  tələb olunan sənədləri  15.07.2021-ci  il  saat 12:00-dək  təqdim  etməlidirlər.

Göstərilən  vaxtdan  gec təqdim edilmiş zərflər  açılmadan geri  qaytarılacaqdır.

İddiaçılar  tender  təklifi və  bank zəmanətini 27.07.2021-ci  il saat 12:00-dək  təqdim  etməlidirlər.

Tender  zərfləri 28.07.2021-ci   il saat 12:00-da   açılacaqdır.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video