02:20 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq elmi konfrans keçiriləcəkdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
02:04 24.04.2012

 

Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Oftalmologiyanın aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.

AzərTAc xəbər verir ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutacaq konfransda göz xəstəlikləri üzrə diaqnostikanın yeni texnologiyaları, buynuz və tor qişalarının, görmə sinirinin patologiyaları, kataraktalı xəstələrə yüksək keyfiyyətli oftalmoloji yardımın təşkili və s. kimi məsələlər müzakirə olunacaqdır.

Konfransın materialları "Oftalmologiya" jurnalının xüsusi buraxılışında nəşr ediləcəkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM