11 Noyabr 2011 01:11
397
Mədəniyyət
A- A+

Görkəmli bəstəkar Sevil xanım Əliyevanın musiqi albomu dünya şöhrətli «Yuniversal Myuzik»də işıq üzü görmüşdür

 

Azərbaycanın musiqi mədəniyyəti daha bir dünya miqyaslı uğura imza atmışdır. Sevil xanım Əliyeva ilk azərbaycanlı bəstəkardır ki, onun əsərləri MDB ölkələrinin mədəniyyəti tarixində özünəməxsus yer tutmuş "Yuniversal Myuzik" kimi dünya şöhrətli şirkət tərəfindən işıq üzü görmüşdür. Əsərləri nəfis disk formasında hazırlanan görkəmli bəstəkar Sevil xanım Əliyevanın "Ze qaleri of Sevil" instrumental albomunun təqdimatı Moskvada böyük təntənə ilə keçirilmişdir.

Dünyanın tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi təqdimat mərasimi gözəl anlarla yadda qalmışdır. Sevil xanım əsrarəngiz bəstələrinin yer aldığı "Ze qaleri of Sevil" albomunu atası, ulu öndər Heydər Əliyevin və anası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsinə həsr etmişdir. Sevil xanım Əliyevanın insanın ruhuna hakim kəsilən gözəl bəstələri musiqi duyumu olan hər kəsə yaxşı tanışdır. Hər bir musiqisevər korifey müğənni Müslüm Maqomayevin ifasında səslənən "Ana", "Vozvratis, Lyubimaya" və Radmila Karaklaiçin ifasında xüsusi yer tutan "Budu" mahnısına saatlarla qulaq asmaqdan yorulmur.

Noyabrın 7-də Moskvada İqor Butmanın caz klubunda çox təntənəli şəkildə təqdimatı keçirilən "Ze qaleri of Sevil" instrumental albomu Sevil Əliyeva mahnılarının pərəstişkarları üçün dəyərli hədiyyə olmuşdur. Klassik və caz musiqilərinin toplandığı bu albomun ərsəyə gəlməsində Sergey Skripkanın rəhbərliyi altında Rusiya simfonik orkestri, dünyanın ən məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksafon ifaçısı İqor Butman birliyi iştirak etmişdir. Albom Londonun məşhur "Əbbe Roud" studiyasında yazılmışdır.

"Ze qaleri  of Sevil" albomu iki variantda hazırlanmışdır. Birinci variant ikidiskli konseptual bukletli albomdur. İkinci variant isə Sevil Əliyevanın atası, ulu öndər Heydər Əliyev və anası Zərifə xanım Əliyeva ilə birgə uşaqlıq və yeniyetməlik şəkillərinin toplandığı diskli kitabdır. Qeyd edək ki, belə nəfis diskli kitab dünya şöhrətli "Yuniversal Myuzik" şirkətində ilk dəfədir ki, buraxılır.

Çoxsaylı mətbuat nümayəndələrinin də qatıldığı təqdimat mərasimində Sevil xanım albom üzərində işi barədə fikirlərini dünyanın və Rusiyanın aparıcı telekanallarına verdiyi müsahibələrdə ifadə etmişdir. Ənənəyə uyğun olaraq "Yuniversal Myuzik"in baş direktoru Dmitri Konnovun aparıcılıq etdiyi tədbirdə Sevil xanım gözəl bəstəkar olmaqla yanaşı, gözəl natiq olduğunu da bir daha nümayiş etdirmişdir.

Bəstəkar Sevil xanım Əliyevanın sehrli musiqisi İqor Butmanın gözəl orkestrinin və İqor Nazarukun fortepianoda ifasında gecəni hər kəs üçün nağıllar aləminə çevirmişdir. "Latinos" və "Veçer v kabare"  Butman orkestrinin solo musiqiçilərinin möhtəşəm ifasında tamaşaçılara xüsusi zövq vermişdir.

Təqdimat mərasiminin qonaqları sırasında Leonid Mleçin, Vsevolod Şilovski, Vladimir Berezin, Natalya Daryalova, İlya və Aleksandra Buts və digər tanınmış qonaqlar var idi.

Qeyd edək ki, "Ze qaleri of Sevil" albomu artıq satışdadır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video