24 Iyun 2012 01:06
563
Elm və texnika
A- A+

«Google» Azərbaycanda qorunub saxlanmasına ehtiyac olan nadir dillər aşkar etmişdir

 

"Google" hesab edir ki, Azərbaycanda milli azlıqların danışdıqları  altı dili gələcək nəsillər üçün  hifz etmək lazımdır. Həmin dillər  müsəlman tatlarının dili, habelə budux, xınalıq, udin, qrız  və xalac dilləridir.

AzərTAc xəbər verir ki,  "Google" internet şirkətinin işə saldığı "Endangered Languages" layihəsi sayəsində  dünyanın yoxa çıxmaqda olan bütün dilləri hifz olunmaq şansı əldə edəcəkdir.  Şirkət layihənin işə salınması barədə iyunun 22-də məlumat vermişdir.

"Google"nin məlumatına görə,  dünyanın yeddi min canlı dilindən təxminən yarısı   yaxın yüz ildə yoxa çıxa bilər. Şirkət  müsəlman tatlarının dilini  yoxa çıxmaq həddində olan dillər qrupuna aid etmişdir.  Azərbaycanda  milli azlıqların qalan beş dili  böyük risk altında olan dillər qrupuna salınmışdır.

Layihə mütəxəssislər arasında  təcrübə mübadiləsi aparılmasını, yoxa çıxmaqda olan dillərin qorunub saxlanılması  üzrə birgə  tədbirlərin görülməsini  nəzərdə tutur.

Saytda təqdim olunan interaktiv xəritədə dünyanın yoxa çıxmaqda olan bütün dilləri  risk  dərəcəsinə müvafiq olaraq yaşıl, sarı və qırmızı rənglərlə qeyd olunmuşdur. Şirkət layihəni  "First Peoples Cultural Council" qrupunun və Şərqi Miçiqan Universitetinin Dil İnformasiyası və Texnologiyası İnstitutunun mütəxəssislərinə verməyi planlaşdırır.

"Endangered Languages" layihəsi  "Geoogle"nin  internet istifadəçilərinin dünyanın mədəni irsi  ilə tanışlığına yönəldilmiş  ilk layihəsi deyildir.  Bundan əvvəl  dünyanın tanınmış  muzeylərini  virtual gəzməyə imkan verən  "Google Art Project"  və dünyanın görməli yerlərinə virtual səyahət təşkil edən  "World Wonders" layihələri işə salınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video