20 Sentyabr 2011 01:09
464
Mədəniyyət
A- A+

«Geostrategiya» aylıq ictimai-siyasi, elmi-populyar jurnalının avqust nömrəsi çapdan çıxmışdır

 

Tarix elmləri doktoru, professor Əli Həsənovun baş redaktoru olduğu "Geostrategiya" jurnalının bu nömrəsində də Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, ictimai-siyasi həyatı ilə bağlı bir-birindən maraqlı yazılar dərc edilmişdir. Jurnalda regionda və beynəlxalq aləmdə baş verən hadisələrə dair yazılara da geniş yer verilmişdir.

"Geostrategiya"nın avqust nömrəsi tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Əliyevin "Sovetlər İttifaqının dağılması ərəfəsində milli münasibətlər problemi və Cənubi Qafqaz" məqaləsi ilə açılır. Məqalədə ötən əsrin 80-ci illərində sosialist imperiyasının dağılmasının səbəbləri, bunun nəticəsində milli münasibətlərdə yaranmış problemlər təhlil süzgəcindən keçirilir, Cənubi Qafqazda baş verən münaqişələrin səbəbləri elmi cəhətdən qiymətləndirilir.

Jurnalda verilmiş maraqlı yazılardan biri də "Qərbin inkişafının paradiqması"dır. Bu məqalənin müəllifi professor Şahlar Əsgərov dünyada gedən proseslərin əsas subyektinin Qərb, obyektinin isə Şərq olduğunu elmi-populyar dildə təhlil edir, dünyanın bu iki qütbü arasında yaranmış fərqləri elmi mənbələrdən gətirdiyi dəlillərlə əsaslandırmağa çalışır.

"Region" rubrikasında tarix üzrə fəlsəfə doktoru Elman Nəsirovun "İranın "nüvə inadkarlığı" və onun motivləri" sərlövhəli maraqlı yazısı yer almışdır. Məqalədə bu məsələ ilə bağlı İranın mövqeyini müəyyən edən geosiyasi, hərbi-siyasi və milli-psixoloji amillər şərh olunur.

Hüquq elmləri doktoru, professor Rüstəm Məmmədovun "Xəzər dənizinin geosiyasəti: 1995-1999-cu illərdə siyasət, diplomatiya və hüququn qarşılıqlı əlaqəsi" məqaləsi də jurnalın bu nömrəsinin maraqlı yazılarındandır. Məqalədə Xəzərin statusunun müəyyənləşdirilməsi, onun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində aparılan danışıqlar, bu məsələdə Xəzəryanı ölkələrin mövqeləri şərh edilir.

Jurnalın bu nömrəsində "BMT-Azərbaycan əlaqələri: bugünü və perspektivləri", "Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti (təhlili xronika)", "Müasir beynəlxalq münasibətlərdə Azərbaycan lobbisi: məqsəd və vəzifələr", "Gəncə quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)" sərlövhəli məqalələr qoyulan problemlərin aktuallığı ilə diqqəti çəkir.

"Geostrategiya"da sənətşünas Ziyadxan Əliyevin "Səttar Bəhlulzadə dünyası" sərlövhəli yazısında görkəmli fırça ustasının bir-birindən bənzərsiz tablolarının ideya məzmunu şərh olunur, "İzlərimiz" rubrikasında İbrahim Əliyevin "Tur Heyerdal əfsanəsi" yazısında məşhur səyyahın Azərbaycana səfərləri ilə bağlı maraqlı məqamlar diqqətə çatdırılır.

Jurnalın bu nömrəsində iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzovun "Azərbaycanda aqrar sənaye klasterləri: gələcəyə baxış" sərlövhəli məqaləsində respublikamızda kənd təsərrüfatının inkişaf dinamikası statistik rəqəmlərin dili ilə şərh edilir.

Əvvəlki nömrələrində olduğu kimi, "Geostrategiya"nın bu nömrəsində də məqalələrin məzmununu tamamlayan rəngli fotoşəkillərdən istifadə edilmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video