30 Sentyabr 2021 01:44
791
CƏMİYYƏT
A- A+

Gender bərabərliyi, gender münasibətlərində mövcud vəziyyət və prioritet istiqamətlər müzakirə olunub

 

Sentyabrın 29-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Gender bərabərliyi və gender münasibətləri: Mövcud vəziyyət və prioritet istiqamətlər” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova giriş sözü ilə çıxış edib.

Azərbaycanda uğurlu dövlət gender siyasətinin həyata keçirildiyini, Azərbaycanda gender məsələlərinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu xatırladan Sədaqət Qəhrəmanova vurğulayıb ki, Ulu Öndərin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Məhz Onun ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadınları cəmiyyət həyatının müxtəlif sahələrində öz sözlərini deyə biliblər.

Dövlət gender siyasətinin əsasının Ümummilli Liderimiz tərəfindən qoyulduğunu qeyd edən YAP Veteranlar Şurasının sədr müavini bildirib ki, Prezident Heydər Əliyevin  fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə dövlət qadın siyasəti ilə bağlı fərmanın imzalanması bu sahəyə göstərilən xüsusi diqqətin ifadəsidir.

Onun sözlərinə görə, Ulu Öndərin müəyyənləşdirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə dövlət başçısının müvafiq fərmanı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini, qayğısını hər zaman hiss edirlər. Göründüyü kimi, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu gün ölkəmizdə gender bərabərliyi diqqət mərkəzindədir və artıq qadınlarımız cəmiyyətin aparıcı hissəsinə çevrilib. Azərbaycan qadını kişilərlə yanaşı ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir.

Tədbirdə, həmçinin AMEA  Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor Rəna Mirzəzadə “Siyasi partiyaların fəaliyyətində gender bərabərliyi”,  “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mais Əliyev “Əmək hüquqları və gender bərabərliyi”,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Sosial Analitik Araşdırmalar şöbəsinin müdiri, BMT-nin SEDAW komitəsinin sədr müavini Elgün Səfərov “Gender stereotipləri və onlarla mübarizə yolları” və  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” mövzularında çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, hazırda həyata keçirilən gender siyasəti nəticəsində ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılıb. Gənc nəslin tərbiyəsi, savadı, mədəniyyəti, zehni inkişafı, vətənpərvərliyi qadınlardan da çox asılıdır. Qadınlar kişilərlə bərabər  ölkənin ictimai həyatında, iqtisadiyyat, mədəniyyət, elm, incəsənətin və digər  sahələrdə da uğurla çalışırlar. Bu gün elə bir sahə tapmaq olmaz ki, orada qadın əməyi təmsil olunmasın. Bütün bunlar isə Azərbaycanda gender siyasətinin uğurlarıdır.

Çıxışlarda həmçinin ölkəmizdə məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərdən və bu yöndə mövcud qanunvericilik bazasının önəmindən bəhs olunub.

Sonra tədbir diskussiya şəraitində davam edib, videokonfrans iştirakçılarının sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video