23:18 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gənclər üçün kino karyerası imkanı
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
13:53 15.04.2021

 “Debüt” Film Studiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən INTERACT kino tədrisi laboratoriyası çərçivəsində “INTERNact!” təcrübə proqramına start verib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi film sənayesində çalışa biləcək gənc mütəxəssislər hazırlamaqdır. Proqram aprel ayında çəkiliş meydançasında ilkin biliklərin öyrədilməsi ilə başlanacaq. Növbəti mərhələdə isə, may ayından başlayaraq, gənclər həm milli, həm beynəlxalq qısa və tammetrajlı film çəkilişlərində təcrübəçi olaraq işə başlayacaqlar.

Gənclər kino karyeranın ilk addımlarını 4 əsas istiqamətdə atacaqlar. “Rejissor”, “Prodüser”, “Kamera və işıq”, “Rəssam” departamentlərində təcrübəçi-assistent kimi çalışaraq həm praktiki biliklər qazanacaq, həm də bu sahənin ən yaxşı mütəxəssisləri ilə əlaqə qura biləcəklər.

Müraciət üçün motivasiya məktubu, CV və görülmüş işlərdən nümunələr tələb olunur. Həmçinin hər hansı yazılı nümunələr, vizual işlər və s. qəbul edilir.

Maksimum 200 sözdən ibarət motivasiya məktubunda öz məqsədini qeyd edib, “Niyə məhz sən?” sualını cavablandırmaq lazımdır.

Qeydiyyat üçün keçid: https://debutfilms.az/interact



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM