04 Mart 2018 12:03
896
Oxucu məktubları
A- A+

Gəncəyə maraq artıb

 

2016-cı ildə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə MDB Dövlətlərinin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı Gəncədə xeyli mötəbər tədbir keçirildi. Nəticədə şəhərə çoxlu sayda turist axını oldu.

Dünyanın 20-dən artıq ölkəsindən gələn xarici qonaqlar son 15-20 il ərzində burada görülən quruculuq-abadlıq işlərinə,   əldə edilən nailiyyətlərə heyran qalırlar. Niyə də qalmasınlar.  

Həqiqətən də Nizami Gəncəvinin məqbərəsində aparılan yenidənqurma işləri, Mirzə Şəfi Vazeh və Məhsəti muzeyləri, Heydər Əliyev parkının füsunkarlığı həmişə xoş ovqat yaradır, qoruq ərazisində yerləşən tarixi abidələr turistlərdə böyük maraq oyadır. Qonaqlar qoruğun ərazisində yerləşən “İmamzadə” Dini Memarlıq Kompleksi barədə də ətraflı məlumat ala bilir, Qoşa Qala Qapıları Tarix-Etnoqrafiya Muzeyindəki eksponatlar   Azərbaycanın qədim bölgəsi haqqında onlarda geniş təəssürat yaradır.

Təkcə onu demək kifayətdir ki, keçən il Nizami Gəncəvinin məqbərəsini 6 min nəfərə yaxın turist ziyarət edib. Onların 500 nəfərdən çoxu xarici turist olmuşdur. Turistlər üçün yaradılan şərait bir çox agentliklərin də diqqətini cəlb etmişdir. Məsələn, bu yaxınlarda “Turistat” agentliyinin rəsmi səhifəsində yer alan reytinq siyahısındakı onluğa Minsk, Almatı, Bakı, Astana, Daşkənd, Brest, Bişkek, Kişinyov kimi böyük şəhərlərlə yanaşı Gəncənin də adı daxil edilmişdir.

Xarici turistlərin Gəncəyə bu qədər maraq göstərmələrinin bir səbəbi də onun füsunkar təbiətidir. Mülayim iqlimə malik bir ərazidə yerləşən, dörd yanı dağlar və meşələrlə əhatə olunmuş bu yerlər səfalı Göy gölü ilə də məşhurdur. Gəncədən cəmi 40 kilometr məsafədə yerləşən bu gölün gözəlliyi də onlara zövq verir.

Turistlərin Gəncəyə marağının artması statistik rəqəmlərdə də əksini tapıb. Belə ki, keçən il Gəncəyə 25 mindən çox turist gəlmişdir. Bu da əvvəlki illə müqayisədə 15 faiz çoxdur.

 

Bəxtiyar MURADOV,

Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video