19 Oktyabr 2021 00:40
957
CƏMİYYƏT
A- A+

Gəncədə Vətən müharibəsi zamanı həlak olmuş mülki şəxslərin xatirəsi  anılıb

 

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulmasından bir il ötür. Bununla əlaqədar Gəncədə anım mərasimi keçirilib.

Anım mərasimində Milli Məclisin I vitse-spikeri Əli Hüseynli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, hüquq-mühafizə orqanlarının rəhbərləri, müsəlman, xristian və yəhudi dini icmalarının, habelə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkmiş, terror qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verərək demişdir ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 2 radələrində düşmənin növbəti dəfə Gəncəni “SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutması nəticəsində 15 nəfər şəhid olmuş, 50-dən artıq şəxs yaralanmış, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da olmuşdur. O da diqqətə çatdırılmışdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11 və 17 oktyabr tarixlərində) raket atəşinə məruz qalmışdır. Nəticədə 26 nəfər şəhid olmuş, 130-dan artıq şəxs yaralanmışdır.

Milli Məclisin I vitse-spikeri Əli Hüseynli qeyd etmişdir ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Ermənistan qadağan olunmuş silahlardan istifadə edərək döyüş bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini, mülki obyektləri, xüsusilə də Gəncəni raket atəşinə tutmuşdur. “Bütün bu qanlı hadisələrə, terror aktlarına baxmayaraq,  Azərbaycan xalqının iradəsi sınmadı.  Azərbaycan Ordusu isə həm gəncəlilərin, həm də həlak olmuş digər mülki şəxslərin qisasını Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmaqla aldı”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin  Gəncədə törətdikləri terror nəticəsində dağılan ərazilər gün ərzində şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər tərəfindən ziyarət olunmuşdur.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video