11 Sentyabr 2021 17:35
707
CƏMİYYƏT
A- A+

Gəncədə COVID-19 virusuna qarşı növbəti genişmiqyaslı dezinfeksiya işləri aparılıb

 

COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə Gəncədə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 11-də Gəncədə növbəti dəfə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda texnika və canlı qüvvəsi cəlb olunub.

Səhər saatlarından başlayaraq şəhərin əsas küçə və prospektləri, mərkəzi yolları MKTİB-in suçiləyici avtomobilləri vasitəsilə dezinfeksiyaedici məhlulla yuyulub. Bununla yanaşı, park və xiyabanlarda, dayanacaqlarda, ATM və bankların qarşısında, o cümlədən insanların sıx toplaşdığı digər ərazilərdə də tibbi-profilaktiki işlər görülüb. Çoxmənzilli yaşayış binalarının həyətləri, giriş qəfəsləri və lift kabinələrini əhatə edən dezinfeksiya işləri şəhərin qəsəbələrində də aparılıb.

Dezinfeksiya işlərinə paralel olaraq şəhərin bir sıra hissələrində, xüsusilə Gəncəçayın məcrasında MKTİB tərəfindən iməcilik təşkil olunub, təmizlik işləri aparılıb. Çayın məcrası plastik butulka, sellofan torba və digər məişət tullantılarından təmizlənib.

Görülən tibbi-profilaktiki işlərlə yanaşı, əhali arasında aparılan maarifləndirmə tədbirləri də davam etdirilir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa qarşı Mübarizə Qərargahının mobil qruplarının üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə olub, fərdi qaydada izahetmə işləri həyata keçiriblər. Maarifləndirmə tədbirləri şəhərdə fəaliyyət göstərən ticarət obyektləri, aptek, ərzaq mağazaları və marketləri də əhatə edib. Bu zaman sakinlərə bir daha ölkədə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına riayət etmək, tibbi-gigiyenik vasitələrdən istifadə etmək, habelə sosial məsafə saxlamaq tövsiyə olunub. Sakinlərlə aparılan söhbət zamanı, həmçinin ölkədə davam edən vaksinasiya prosesində aktiv iştirak edərək, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirmələri xahiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video