28 Mart 2014 09:03
408
Səhiyyə
A- A+

Gəncə sakinləri sağlamlıqlarının qorumasına göstərilən diqqətə görə Prezidentə minnətdarıq edirlər

Bu gün hər bir Azərbaycan vətəndaşı öz ölkəsi ilə fəxr edir. Gündən-günə inkişaf edən müstəqil respublikamız dünya ölkələri arasında özünə layiqli yer tutmuşdur. Memarı və qurucusu ulu öndərimiz Heydər Əliyev olan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində həyatımızın bütün sahələrində böyük nailiyyətlər əldə edilir. Bu nailiyyətlər arasında səhiyyəni xüsusilə qeyd etmək lazımdır.

Bu fikirləri AzərTAc-a müsahibəsində bildirən Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqov daha sonra demişdir ki, Prezident əhalinin rifah halının yaxşılaşdırılmasına, eləcə də insanların sağlamlığının qorunmasına daim ciddi diqqət yetirir. İndi elə bir bölgə yoxdur ki, orada müasir tibb mərkəzi olmasın. Ən yeni tibb avadanlıqları ilə təchiz edilmiş bu səhiyyə ocaqları ixtisaslı kadrlarla da təmin edilmişdir və sakinlərin hər hansı müayinə üçün paytaxta getməsinə ehtiyac qalmır.
Dövlətimizin başçısının əhalinin pulsuz tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırıq bir daha onu göstərir ki, cənab İlham Əliyev həqiqətən hər bir Azərbaycan vətəndaşının prezidentidir. Bütün bunlara görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video