04 Iyul 2021 22:23
1307
İDMAN
A- A+

Gənc güləşçimiz Həsrət Cəfərov Avropa çempionu olub

 

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşçimiz Nihat Məmmədli (60 kq) ilk görüşdə erməni rəqibinə gücünü göstərib. N.Məmmədli daha sonra yerli pəhləvanı sonuncu xal prinsipinə əsasən üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdən məğlub ayrılan təmsilçimiz iyulun 4-də bürünc medal uğrunda görüşə çıxıb və belaruslu rəqibinə qalib gəlib.

Çempionatda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov səkkizdəbir finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. H.Cəfərov Bolqarıstan idmançısını da vaxtından əvvəl yolundan kənarlaşdırıb və adını yarımfinala yazdırıb. Gürcüstan güləşçisi ilə qarşılaşmanın əvvəlindən sonunadək dominantlıq edən təmsilçimiz finala vəsiqə qazanıb. Həmyerlimiz iyulun 4-də baş tutan həlledici görüşdə elə ilk hissədə Türkiyə idmançısına tam üstünlüklə qalib gələrək Avropa çempionu olub.

Millimizin üzvü Xasay Həsənli (72 kq) Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Həmyerlimiz səkkizdəbir finalda rumıniyalı rəqibinin kürəyini yerə sıxıb. Ancaq X.Həsənli dörddəbir finalda gürcü həmkarı ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyulun 4-də təsəlliverici görüşə çıxıb və Belarus təmsilçisinə heç bir şans tanımayıb. Güləşçimiz Xorvatiyadan olan rəqibini "tuşe" ilə üstələyərək bürünc medalı boynundan asıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video