27 Iyun 2014 10:06
378
Elm və texnika
A- A+

Gənc azərbaycanlı alim İsveç Krallığının Beynəlxalq Nəzəri və Tətbiqi Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin antropologiya, etnoqrafiya və etnologiya elmləri üzrə doktorantı, bir sıra nüfuzlu xarici nəşrlərdə çap olunmuş çoxsaylı elmi əsərlərin müəllifi Elnur Həsənov İsveç Krallığının Beynəlxalq Nəzəri və Tətbiqi Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Akademiyadan AzərTAc-a bildirmişlər ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvü olan E. Həsənov dünyanın nüfuzlu impakt-faktorlu elmi nəşrlərində - ABŞ, Kanada, İsveç, İsveçrə, Meksika, Almaniya, İtaliya və digər ölkələrdə alman, ingilis, italyan və s. dillərdə çap olunmuş elmi monoqrafiya və əsərlərinin mövcudluğuna görə bu mötəbər ada layiq görülmüşdür.
Eyni zamanda, gənc tədqiqatçı Avropa Təbiət Tarixi Akademiyası, Almaniya Təbiətşünaslıq Nəşriyyatı və Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə Xorvatiya və Monteneqroda keçiriləcək beynəlxalq elmi konfranslarda iştirak etmək hüququ qazanmışdır. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video