12:10 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gənc alimlər ermənilərin son təxribatları ilə bağlı bəyanat yayıblar
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
14:17 17.07.2020

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda törətdikləri təxribatla bağlı bəyanat yayıb. Bu barədə AZƏRTAC-a cəmiyyətdən məlumat verilib.

Bəyanatda deyilir: "Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və dinc mülki əhalinin yaşadığı məntəqələri atəşə tutmuş, nəticədə Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, habelə cəbhə bölgəsindəki Tovuz rayonu Ağdam kənd sakini həlak olmaqla ümumilikdə mülki əhaliyə mühüm ziyan dəyib.

Atəşkəsin tələblərini kobud surətdə pozaraq Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönələn artilleriya zərbələri Ermənistan dövlətinin təcavüzkar siyasətini və beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymamasını bir daha nümayiş etdirir. Bu günədək erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və tamamən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə açıq-aşkar hörmətsizlik və saymazlıq nümayiş etdirən işğalçı Ermənistan sonuncu təxribat əməli ilə BMT Baş katibinin COVID-19 pandemiyası ilə əlaqədar olaraq qlobal atəşkəs təşəbbüsünə qarşı da mövqeyini ortaya qoymuş oldu. İşğalçıya qarşı alternativ tələblər bütün beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul olunmuş sənədlərində, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2005-ci ildə qəbul etdiyi 1416 saylı və Avropa Parlamentinin 2010-cu ildə qəbul etdiyi 2216 saylı qətnaməsində əksini tapsa da, təcavüzkar dövlət azğınlıq nümayiş etdirməklə beynəlxalq normalara və sənədlərə açıq-aşkar meydan oxumaqda davam edir".

Bəyanatda dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Avropa Parlamentinə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, BMT-yə müraciət edilərək təcavüzkara qarşı konkret sərt addımlar atılması, beynəlxalq hüquq normalarına uyğun ciddi sanksiyalar tətbiq etməklə bağlı kəskin mövqe ortaya qoyulması tələb olunub. Bəyanatda qeyd edilir ki, Ermənistan ordusu dinc sakinləri qətlə yetirməklə müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasını kobud şəkildə pozmaqda davam edir. Bu Konvensiyanı imzalamış ölkələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin seyrçi mövqe sərgiləməsi pislənilib, həmçinin vəziyyətin bu cür davam edəcəyi təqdirdə Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək haqqını özündə saxlaması bəyanatda əksini tapıb.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM