Gəlin birlikdə ağac əkək və yaşıllıqları qoruyaq
8-ci mikrorayon Bakı şəhərinin nümunəvi yaşayış massivlərindədir. Əvvəllər pilot layihələr ilk növbədə bizim mikrorayonda həyata keçirilib. İndi də bu ənənə davam etməkdədir. Mikrorayon qurulduğu dövrün mütərəqqi şəhərsalma normativləri əsasında layihələndirilib: yetərli sayda məktəblər, uşaq bağçaları, poliklinika tikilib, sosial obyektlər, xidmət sahələri yaradılıb. Hər tikilinin ətrafında layihə üzrə mütləq geniş yaşıllıq zolaqları salınıb. Əhali də yaşıllıqların genişləndirilməsində bilavasitə iştirak edib. On illərlə könüllü bağbanlıq edən təbiətsevərlərin zəhməti hesabına mikrorayonumuz yaşıllığa bürünüb. Təəssüf ki, zaman keçdikcə, müxtəlif səbəblərdən bu yaşıllıqlarda seyrəlmə baş verib. Bəzi ağaclar quruyub, bəziləri kəsilib və yerlərində də heç nə əkilməyib.
Minnətdarlıqla xatırladırıq ki, bir neçə il əvvəl Bakıda nümunəvi məhəllələr yaradılarkən ilk belə layihələrə Binəqədi rayonunda, bizim mikrorayonda start verildi. Binamızın qarşısı, ətrafı abadlaşdırıldı, həyətdə hətta fəvvarə də quraşdırıldı. Yol genişləndirildi, bloklar təmir edildi. Yaşıllıqlara da əl gəzdirildi: ağaclar budandı, bəzi yerlərə dekorativ bitkilər əkildi. Məhəllə başdan-başa yaşıllığa büründü: torpaq sahələrə bütünlüklə qazon döşəndi. Bitkilərə qulluq üçün məhəlləyə bağban da təhkim olundu.
Bu abadlıq prosesinin ikinci mərhələsi yaxın günlərdə yekunlaşıb. Binanın arxasından keçən Cəfər Xəndan küçəsi də bütünlüklə yenidən qurulub - yol genişləndirilib, asfalt örtüyü və səki elementləri yenilənib. Hətta yolkənarı yaşıllıq zolağındakı ağaclar belə budanıb, torpaq bellənib, yumşaldılıb. Hərçənd, bu zaman bir neçə ağac nədənsə “yoxa” çıxıb...
İndi bu yolkənarı zolağa, binanın arxasındakı, eləcə də qarşısındakı yaşıllığı seyrəlmiş yerlərə baxanda bu boşluqların doldurulmasına, yeni ağaclar əkilməsinə ehtiyac olduğu görünür. Bina sakinləri olaraq biz təşəbbüs göstərib bu kampaniyada iştirak etmək istəyirik. Unutmaq olmaz ki, yaşıllıqları qorumaqla yanaşı onları mütəmadi olaraq zənginləşdirmək, genişləndirmək lazımdır. Ümid edirik, rayonun əlaqədar təşkilat rəhbərləri istəyimizi nəzərə alar, məhəlləmizdə yeni yaşıllaşdırma kampaniyası keçirər: gəlin, birlikdə ağac əkək və onları qoruyaq.
Ancaq yaşıllıqları qorumaq heç də asan deyil. Xüsusilə meydançalarda futbol oynayan uşaqlara bunun vacibliyini izah etmək çətindir. Doğrudur, uşaqlar idmanla məşğul olmalıdır. Bununla belə, yaşıllıqlara, ictimai və xüsusi mülkiyyətə ziyan vurmalı deyillər. Bu səbəbdən bir xahişimiz də hüquq mühafizə orqanı əməkdaşlarının, valideynlərin, müəllimlərin uşaqlar arasında maarifləndirmə işini genişləndirmələri ilə bağlıdır. Digər tərəfdən, əgər binanın önündəki meydança futbol və digər top oyunları üçün də nəzərdə tutulubsa, ətrafını müəyyən hündürlükdə torla əhatələmək daha məqsədəuyğun olmazmı? Beləcə, uşaqlar rahat futbollarını oynayar, yaşıllıqlara da ziyan vurulmaz.
Elxan ELDAROĞLU,
8-ci mikrorayon, 23 N-li bina sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq e...
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərba...
29 Mart
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitəl...
29 Mart
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
29 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası...
29 Mart
“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydala...
29 Mart
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” ...
29 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsd...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!