08 May 2014 09:05
402
Elm və texnika
A- A+

Gələcəyin telefonları spirtlə işləyəcək

Finlandiyanın Aalto Universitetinin mühəndisi Canmarino Skotti elektrik enerjisini müxtəlif yanacaq materiallarından – maye hidrogen, etanol və metanoldan hasil edən kiçik və səmərəli yanacaq dəliyi hazırlamışdır.

C.Skotti doktorluq dissertasiyasında yanacaq dəliklərinin sənaye istehsalının çox qənaətcil texnoloji prosesini təsvir edir. Bu onu deməyə əsas verir ki, yanacaq dəliklərinin kütləvi istehsalına ən yaxın vaxtlarda başlanılacaqdır.
Dəliklərin hər biri səthi olmaqla qalınlığı təxminən bir millimetr, ölçüsü isə 14х14 millimetr təşkil edir. Lazım odluqda onları bir-birinə calamaq və bir massivdə qruplaşdırmaq mümkündür. Dəliklərdən biri spirtlə doldurulduqda 0,5 vatt, maye hidrogenlə doldurulduqda 1 vatt gərginliyində cərəyan ötürür. Telefon üçün bir neçə yanacaq dəliyi yetərlidir və bu halda onlar müasir akkumulyatorlarla müqayisədə daha az yer tutacaqdır. Ən əsası isə odur ki, istifadəçi telefonu istənilən mağazada bir neçə saniyəyə enerji ilə doldura biləcəkdir.
AzərTAc xakep.ru saytına istinadən xəbər verir ki, C.Skotti miniatür ölçülü yanacaq dəliklərinin istehsalının ucuz başa gəlməsi üçün bir neçə üsul təklif edir. Birincisi, silisium korpusu daha ucuz alüminiumla əvəz etməkdir. Bundan başqa, mühəndis dəliklərin istehsalı üçün lazer ablasiyasından – maddənin səthdən lazer impulsu ilə təmizlənməsindən istifadə etməklə daha effektiv üsullar kəşf etmişdir.
Alimin proqnozlarına əsasən, spirtlə işləyən ilk mobil telefonlar yaxın onillikdə satışa çıxarıla bilər. Hələ bəzi kiçik problem həll olunmalı, yanacaq dəliklərinin doldurulması üsulları tapılmalı və onlar hava çirkləndirməsindən mühafizə edilməlidir. C.Skotti əmindir ki, miniatür yanacaq dəlikləri daha çox kosmonavtika sahəsində tətbiq olunacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video